Tut ağacı boyunca
Tut ağacı boyunca Müəllif: Şifahi xalq ədəbiyyatı |
Tut ağacı boyunca
Tut yemədim doyunca.
Yarı xəlvətdə gördüm,
Danışmadım doyunca.
Qızıl üzük laxladı,
Verdim anam saxladı.
Anama qurban olum,
Məni tez adaxladı.
Gedirdim yavaş-yavaş,
Ayağıma dəydi daş.
Səndən mənə yar olmaz,
Gəl olaq bacı-qardaş.