Rəvayətlər. Tut ağacı piri
Müəllif: Şifahi xalq ədəbiyyatı


Qarağaclıyla bizim kəndin arasında bir tut ağacı var. Niyyət eləyirsən, niyyətin hasil olanda aparıb o ağacın altında ehsan verirsən. Bir tut ağacı da kəndin ortasındadı. Başı ağrıyanı, ağzı əyiləni gətirirlər, ağacın dibinə nəzir qoyurlar, deyirlər: “Ey pir, sən kömək ol, filankəs qada-baladan qurtarsın!” Niyyət eləyib, gecə bu ağacın altında qalanlar da olur. Deyirlər, bu ağaca ilanlar da gəlir. İlanın boğazında sür-sümük qalır, gəlir bu tutun dibinə. Ağac kömək olur, ilanın canı sürsümükdən qurtarır.

Bir tut ağacı da var – köhnə qəbiristanlıqdadı. Mən gözümü açandan o ağacı orda görmüşəm. O ağaca Ələm ağacı deyirlər.

Mənbə

redaktə