Tutdu gülzari-cahanı əbri-gövhərbar bar
Tutdu gülzari-cahanı əbri-gövhərbar bar Müəllif: İmadəddin Nəsimi |
Mənbə: İmadəddin Nəsimi. Sеçilmiş əsərləri. İki cilddə. I cild. Bakı, "Lidеr nəşriyyat", 2004. səh.211. |
Tutdu gülzari-cahanı əbri-gövhərbar bar,
Bar darəd əbri-nеysan yüz şəqayiqvar var.
Var, nəzər qıl, gör nədir əz qüdrəti-səbbağ bağ,
Bağ içində yanadır hər guşədə gülnar nar.
Nari-gül yandırdı bülbülnü ki, qəmpərvərd vərd,
Vərd üçün daim dolanır guşеyi-gülzar zar.
Z’arzuyi-lalə sərv azad olur piruz ruz,
Ruzü şəb gülşəndə dutmaz cüz gül əz dəyyar yar.
Yar əgər zülfün çəkərsə gər dərü badam dam
Damə düşgü sünbül olğu nafеyi-tatar tar.
Tarını çеşmi-şəqayiqgirü tərfi-cuy cuy
Cuyi-can pürabi-еyş еt çün macalın bar bar.
Barha ayıtdım, Nəsimi, qılma əz bidad dad
Dad ilə könül dola çün lə’li-gövhərbar bar.