Uşaq və buz
Uşaq və buz Müəllif: Mirzə Ələkbər Sabir |
Dərsə gedən bir uşaq
Çıxdı buz üstə qoçaq;
Sürüşdü birdən-birə,
Dəydi üz üstə yerə
Uşaq durub neylədi?
Buza belə söylədi:
“Sən nə yamansan, a buz!
Adam yıxansan, a buz
Az qalıb ömrün sənin,
Yaz gələr, artar qəmin:
Əriyib suya dönərsən,
Axıb çaya gedərsən!”