Uşaq və pul
Müəllif: Mirzə Ələkbər Sabir


Kücədən bir çocuq yüyürdü evə,
Bir bumajnik bulub dedi bu nevə:

“Ana, gəl, gəl ki, dövlətə çatdıq,
Pullu olduq, səadətə çatdıq!”

Dedi xatun ki: “Söylə, ey fərzənd,
Noldu kim, olduq içi dolu pul;

Yol gedən bir qoca kişi nagah
Düşürüb keçdi, olmadi agah.

Görmədən kimsə mən qoşub aldim,
Tez qaçıb kəndimi evə saldım”.

Anası oğlunun cinayətini
Görərək zahir etdi nifrətini;

Dedi: “Oğlum, nə sərd imiş qanın
Ki, buna razı oldu vicdanın?

Tifli-məsum ikən günah etdin,
Kəndi vicdanını təbah etdin.

Niyə verdin fənayə doğruluğu,
Irtikab eylədin bu oğruluğu?

Hiç zənn etməm, özgənin mali
Bizi zəngin qılıb, edə ali.

Yox, yox, oğlum, inan ki, xar oluruz!
Ərzəli-əhli-ruzigar oluruz!

Xain olsaq əgər bu dünadə,
Irzü namusumuz gedər badə;

Gözümüz müntəhayi-zillətdən
Baxamaz kimsəyə xəcalətdən;

Gərçi pul çox fərəhfəzadır, oğul,
Leyk namus pək bəhadır, oğul!”

Mənbə

redaktə
  • Mirzə Ələkbər Sabir, Hophopnamə. Bakı, "Turan" nəşrlər evi, 2002. səh. 322-323 peyman