Uşaqlara (1906)
Müəllif: Mirzə Ələkbər Sabir


Ey millətin ümmidi, dilü, uşaqlar!
             Validlərinin sevgili cananı, uşaqlar!

Madərləriniz etdi sizə mehrü məhəbbət,
Ağuşi- şəfəqqətdə sizi bəslədi rahət,
Validləriniz xərcinizə etdi kəfalət,
Əlminnətü- lillh. Sizə yar oldu səadət,
             Olduz hərəniz bir evun oğlanı, uşaqlar!
             Asudə gəzin indi bu dünyanı, uşaqlar!
Siz sərv kimi sərgəş olub biylə boy atdız,
İllik biçə tək banlıyaraq xəlqi oyatdız,
Şad oldu ğədər, madəriniz- bu boya şatdız,
Bısdir sizə gəhvareyi- naz içrə ki, yatdız,
             İndi buraxın balışı, yorğanı, uşaqlar!
             Həm tərk eləyin xaneyi- viranı, uşaqlar!
Vəqt oldu çıxıb kuçədə cövlan edəsiz siz,
Hərçayı gəzib, hər yeri seyran edəsiz siz,
Cəngü cədəlü qarətü talan edəsiz siz,
Hər cildə gilib, aləmi vian edəsiz siz,
             Gündə atasız bur neçə patranı, uşaqlar!
             Ta öyrnəsiz şibeyi- dəvanı, uşaqlar!
Vəqt oldu həvəs etməyəsiz məktəbə, dərsə,
Evdə gərək əvvəlcə ki, qoççaq olasız siz,
Həm validə, həm validəyə ağ olasız siz,
Dincəlməyələr ta nə qədər sağ olasız siz,
             Hər gün döyəsiz madəri- nalanı, uşaqlar!
             Ta uf deməyə qalmaya imkanı, uşaqlar!
Hər istədiyin olmasa hasil pədərindən,
Vur, yıx, cala, ta qorxuya düşsün zərərindən,
Söy ağzına cürətlə, çəkinmə hünərindən,
Biçarə xilas olmaq üçün şurü şərindən,
             Çıxsın canı, satsın qabı- qazanı, uşaqlar!
             Neylər dəxi ol sərvətü samanı, uşaqlar!
Bəsdir ki, oğul sahibi düşgün pədər oldu,
Xeyr oldu əcəb aqıbəti, bəxtəvər oldu,
Göz nuri hesab eylədiyi dərdi-sər oldu,
Zəhmətlə əmək verdiyi cümlə hədər oldu;
             Nə ölmədi ta kim, qutara canı, uşaqlar!
             Nə tapmadı öz dərdinə dərmanı, uşaqlar!.

Mənbə

redaktə
  • Mirzə Ələkbər Sabir, Hophopnamə. Bakı, "Turan" nəşrlər evi, 2002. səh. 44