Ulugbəyin mədhi

Ulugbəyin mədhi
Müəllif: Səkkaki
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Cahandan getdi təşvişlər, sevinc gəldi, aman gəldi,
Xəlayiq, eyş edin, qalxın, süruri-cavidan gəldi.
Ulus bilməzdi ellikcə tənindo canı var, ya yox,
Bihəmdüllah, onun fəzli bilo' bu cismə can gəldi.
Bu məvkib gordi1 sürmosi tapılmazdı, ölürsək də,
Görün gözlə, xuda verdi, nə xoş bir ərməğan gəldi.
Dikəlsin bəylərin başı, göye dəysin ələmlər3 tek,
Ki, onlar tekyo4 qıldı, ah bu qutluğ asitan5 gəldi.
Cahandan Əhrimən getdi, müsəxxər oldu insü can,

E1 Oş6 extini, Süleymani zaıiian gəldi.

Qodirləndi qızıl taxtm, özün atdı göyə tacın,
Ədalət bağı səbz oldu, çün ol Nuºirəvan gəldi.
Gorək can bülbülü dün-gün nevaden qalmasın bir dəm,
Çü dosta güllü yaz, düşmən muradinə xəzan gəldi.
Rəiyyət — qoç, qoyun. Sultan — ona çoban ve ya qurddur,
Gobərsin qurd, sevinşin qoç, çü Musa tek çoban geldi.
Bu gündən sonra qalmazlar rəiyyətlər riayetdən,
Ulus qeydi çokən başçı atadan mehriban gəldi.
Könül güldü, işıqlandı, kedər qalmadı bir zerrə,
Qaranlıqlar keçib getdi, günəşli, nurlu dan gəldi.
Sevinsin xosrövi-ali7 gühər sultan Uluğbəy kim,
Şahənşah Şahinıx* bey tək şəhi xosrov nişan gəldi.
Bu şahın leşkəri hansı vilayət san ezm etsə,
Fələkdən hər zaman ol dəm nidayi-əlaman gəldi.
Alıb bunlar qılınc, nizə, girəndə qanlı qovğaye,
Əlinden gəlmədi iş düşmənin, yalnız fəğan gəldi.
Bu ordu başçısı varsa, aparsa ordunu hərbə,
Sanarsan ki, deyil ordu, dəmirçi, gürz, sinan gəldi.
Şahənşaha, sənin adın şəhi-kişveraçan idi,
A1 indi alemi, göydən ləğəb: dünyatutan ğəldi.
Qoyun, dovşan kimi düşmən görüb boxtini, təxtini
Qolun bağladı qarşında zeifü natəvan gəldi.
Girib tülküsifət düşmən yuvade öldü aclıqdan,
<lllsm? Üstüne heybet ile şiri-jəyan geldi.
Əbəs sevdayə düşməklə iş açdı başına düşmən,
Axır gör kim bu sevdadən ona min bir ziyan geldi.
Əya, şaha, mələksiyrət, sənin vəsfın sözüm içrə,
Deyim qoy ağlıma bir də yeni bir dasitan gəldi.
Qapın toprağı məlhəmdir cərahətli, zəif canə,
Şəfalıq məlhəmi buldu, busati-pəmiyan' gəldi.
Kimin təqsiri var, gördü gəlir Nuşirəvani-ədl.
Hamının qəlbinə bir-bir şərif zati-zişan1 geldi.
Bu dünyadan nə sultanlar gəlib getdi.
Sənin tək bir Fələk dillənsə, söz tapsa, cavab versin: haçan gəldi?