Rəvayətlər. Uzunbulux
Müəllif: Şifahi xalq ədəbiyyatı


Qarağaclı günbəzində Uzunbulux adlı bir adam yaşayırmış. O qədər uzunuymuş ki, günbəzdən əlini uzadıb, çaydan su götürüb içərmiş.

Bir gün Uzunbulux harasa gedibmiş. Bir kişi gəlib onun günbəzini uçurdur. Uzunbulux qayıdanda görüb günbəzi uçurdublar, qarğış töküb. Deyib: “Kim ki mənim evimi uçurdub, erkəyi yarımasın, dişisi qarımasan”.

Günbəzi uçurdan adamı Uzunbuluğun qarğışı tutub: oğlanları yarımayıb, qızları gəlib ölüb.

Mənbə

redaktə