Vücudnamə (Telimxan)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Vücudnamə (Telimxan)
Müəllif: Telimxan
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.

Atadan gəldim anaya
Birce qətrə qanə döndüm.
Doqquz ay seyran eylədim
Canlandım insanə döndüm.

Ol dəm ki, geldim dünyayə,
Ağız açdım əmdim maye.
Bədirləndim, döndüm aye
Bir mahi-tabanə döndüm.

İki yaşımda əmdim şir,
Danışıq öyrendim bir-bir.
Hökmüm revan, oldum əmir
Bir tifli-nadane döndüm.

Altıda məktəbə düşdüm,
Yeddidə məktəbdən qaçdım.
On beşimdə yeyib coşdum
Dəryayi-ümmanə döndüm.

İyirmidə oldum çəri,
Tapdım məzhebi-Cəfəri.
Yıxdım Qalayi-Heybəri
Əliyi-Ümranə döndüm.

Otuzumda oldum dəli,
Çağıranda dedim: “bəli”.
Çağırdım sidqinən “Əli”
Rüstəmi-dastana döndüm.

Yaşadım qırxa yetişdim,
Qırxlar ceminə qanşdım.
Bəylər ilən yedim, içdim
Sultan idim xana döndüm.

O gün ki, əlliyə çatdım,
Günbəgün mən dala ötdüm.
Zeri-ziverimi satdım
Mətasız dükkanə döndüm.

Altmışda durub oturdum,
Ömrii yetmişə yetirdim.
Huşum havasın itirdim
Bir piri-nalanə döndüm.

Yetmiş yaşa köç eylədim,
Cavan ömrüm puç eyledim,
İki qıçım üç eylədim
Cərgeyi-piranə döndüm.

Səksəndə çox halım yaman,
Gözlərimi tutdu duman.
Olmadı dərtiimə dərman
Dərdi-bidərmanə döndüm.

Doxsan yaşda düşdüm zara,
Olmadı dərdimə çara.
Əzimet etdim məzara
Yaxşı müsəlmana döndüm.

Yüz yaşımda mindim ata,
Kim baxar qəbzə,barata?
Didar qaldı qiyamata
Xak ilə yeksanə döndüm.

İnkir, Münkir dövrəm aldı,
Məni sualata saldı.
Əli harayıma geldi
Xoşhalü xəndanə döndüm.

Şahi-mərdan nehib etdi,
İnkir, Münkir fərar etdi.
Qıli-siratdan keçirtdi
Mən əhli-rizvanə döndüm.

Ağam Əli seyrə geldi,
Behişt güllərindən derdi,
Kövsərin suyundan verdi,
Pir idim, cavanə döndüm.

Mömin pişişi çullandım,
Yedim, içdim, mən sulandım.
Behiştdə gəzdim, dolandım
Türkmən Telimxanə döndüm.