Vədəsidi
Müəllif: Aşıq Heydər
Mənbə: Qəşəm Vəliyev (2012). Çıldırlı Aşıq Şenlik (az). Azərnəşr. achiqkitab.az. Yoxlanılıb 2017-02-14.

Xal düşübdü yamac-yala,
Qar gedir, yaz vədəsidi.
Sevənlərə xəbər olar,
Gözəl avaz vədəsidi.

Nə gözəldi dağın döşü,
Danaqıran, mollabaşı,
Deyir, yola saldıq qışı,
Qızların naz vədəsidi.

Heydər, əsir dağın yeli,
İş-gücə tərpədir eli,
Çayın, gülün, suyun, selin,
Ördəklə qaz vədəsidi.