Vəfalı Səriyyə/Üçüncü məclis

Vəfalı Səriyyə/İkinci məclis Vəfalı Səriyyə Üçüncü məclis
Müəllif: Cəfər Cabbarlı
Vəfalı Səriyyə/Dördüncü məclis


Vaqe olur qayət, qəni, lakin çirkin döşənmiş A х u n dun evində. Otaq xalılar ilə döşənmiş, bir küncdə yeşik üstündə bir qədər köhnə kitab, A х u n dun altında döşək, M o l l a Möhsün ilə söhbət edir.

A х u n d. Bəli! Beytülxəlayə girmək şərtləri çox ağırdır. Odur ki, bu zamanın cavanları təharətsiz dururlar. Şəxs gərək aftafanı sağ əlində tutub, sol əli ilə qapını açsın və sağ ayağını içəri qoyub, sonra sol ayağını daxil etsin. M o l l a Möhsün. Cənab A х u n d! Bəlkə bir şəxsin əli naqisdir?

A х u n d. Elə olan surətdə, ərz olunsun ağanın qulluğuna, ağayiHəmzeyiSəlyaninin buyurduğuna görə, aftafanı yerə qoyub, hansı əli ilə mümkün olsa qapını açsın! Xülasə, M o l l a Möhsün, şəriət işi çətin əmrdir.

M o l l a Möhsün. Ay ağa! Bəzi müsəlman qızları uşqollaya gedir, ona bəs nə buyurursunuz?

A х u n d. Mən? Nə buyuracağam! Mənim ağzım nədir! Bu barədə ülamalər buyurublar! Nəinki qızların, хеyr… lap oğlanların da oxumağı haramdır. Hətta ağayi-Səyid Həsəni-Mazəndərani öz risaləsində buyurur: hər o şəxsi ki, övladını uşqollaya qoysa, qiyamətin günü olcaq, onu burnu üstə cəhənnəmə sürüyəcəklər. Canım, qız bir yasin surəsini bildi, bəsdir, kifayətdir və oğlana da lazım olan məsələləri gəlib mənim kimi Axundlardan xəbər alar, vəssalam. Di, anladın məsələni? M o l l a Möhsün. Bəs deyirlər, o məktəblərdə əvvəlinci ildən şəriət öyrədirlər.

A х u n d. Yaxşı, tutaram ki, şəriət öyrədirlər! Bəs niyə orada oxuyub çıxanların əksəri tərkəssəlat, qumarbaz, çaxır içən, Allahı, Quranı, peyğəmbəri, imamları və bizim kimi A х u n dları danan olur? Ey mömin kişi, hansını deyim? Keçən gün bir uşqolla uşağı Quranın tərcüməsini mənim yanıma gətirib deyir: cənab Axund, bu Qurana bax, gör yaxşı tərcümə olunub. Bə məhzi ki, mən bu sözü eşitdim, elə bil ki, rəhmətlik atamın qəbrinə od vurdular. Dedim: ay laməzhəb! Quranı da tərcümə etmək olarmı? Bu hansı kitabda yazılıb? Axı belə müsəlmançılıq olmaz, ay biqeyrət, axır Qurana da əl apardın? M o l l a Möhsün. Cənab Axund, Quranı heç mümkün deyil tərcümə etmək?

A х u n d. Əlbəttə ki, mümkün deyil! Əgər sən bu sözü ürəkdən deyirsənsə, müsəlmançılığın dürüst deyil. Çünki Quranın hər kəlməsinin lap azı səkkizdən tutmuş yetmiş ikiyə qədər mənası var. Di elə Quranı tərcümə, görək nə tövr edirsən. And olsun sənin başına, cəmi üləmaların, yəni cənab Həmzəyi-Səlyaninin, ağayi-Səyid Həsəni-Mazəndəraninin və mərhum ağayi-Səyid Molla Məhəmmədi-Ordubadinin fitvaları bunadır; hər o şəxsi ki, Quranı türkcə tərcümə edə, o ağaların buyurduğuna görə, o şəxs, yəni mütərcim, ömrünün əvvəlindən ta qiyamətədək lənətə giriftar olar. Di anladın məsələni? M o l l a Möhsün. Bəli, Axund, Allah səndən razı olsun! Düz buyurursunuz. Bu halda H ə m z ə, Səfər və qeyriləri daxil olur.

S ə f ə r əyləşir qapı ağzında.

H ə m z ə. Salaməleyküm!

A х u n d. Vay əleyküməssalam, buyurun, əyləşin! (Səfərə.) Adə, siz də buyurun bu tərəfə. Bacı, siz də zəhmət çəkin o biri otağa…

S ə f ə r . Хеyr, A х u n d, yerim çox yaxşıdır! (Kənara.) Zalım oğlu yaxşı duyub işi.

A х u n d. Yaxşı, bəndəyə məxsus nə qulluğunuz var?

S ə f ə r . Şoğərib o qədər ağırdır ki, çiynimi lap üzüb!

H ə m z ə. Cənab A х u n d, qul sahibi olasınız!

A х u n d. Çox sağ ol, Allah imanını kamil eləsin.

H ə m z ə. Mən xahiş etmək istəyirəm ki, iki qulbeçənizi bir-birinə məhrəm edəsiniz.

A х u n d. Çox yaxşı! Çox gözəl, çox pakizə, çox qəşəng. Allah mübarək eləsin. Bu barədə mötəbər hədis var. Bu nikah kəsməkdən və ya kəsdirməkdən zorba səvab yoxdur, ələlxüsus, siğə ola. Üləmaların çoxu bu barədə yazırlar ki, o evdə ki, siğə oxunur, həmin evin daminə o qədər mələklər yığılır ki…

S ə f ə r . Yəni sənin saqqalının tükü qədər?

A х u n d. Damda yer olmaz, bir-birindən sallanarlar, bir-birini itələrlər. Axırda, ağayi Molla Hacı İbrahimi-Nəxçivaninin yazdığına görə, biri yıxılıb ayağı şikəst olar.

S ə f ə r . A kişi, damı-zadı uçurdarlar başımıza, qoy görək ha!!!

A х u n d. Sonradan da, əksər üləmanın, əz on gümlə, ağayi "Camişül-ülüm" Mazəndəraninin fitvasınca, o mələkin ayağı sağalar, şəfa tapar. Amma mərhum ağayi Hacı Səmədi-Məmağani öz risaləsində yazır ki, хеyr, o mələk həmişə şikəst qalar və o şikəstliyilə fəxr edər ki, siğə oxunan evin damından yıxılmışam.

S ə f ə r . Ağa, bu dama gəliblər?

A х u n d. Bəli! Bəli! Nə deyirsiniz!

S ə f ə r . Durum bir baxım görüm, onlar necə adamdırlar? O bir dənəsi yıxılanda elə göydə tutum ki, yerə dəyib qıçı sınmasın.

A х u n d. Хеyr, siz səhv edirsiniz! Onları görmək olmaz. Çünki onlar, ərz olsun ağaların qulluği-şəriflərinə, nurdan xəlq olunublar və gözə də görünməzlər. M o l l a Möhsün. Şükürlər olsun Allahın qüdrətinə!

S ə f ə r . Yaxşı, cənab A х u n d, bəs siz onları nə tövr görürsünüz?

H ə m z ə. Adə! Axmaq-axmaq danışma! Utanmaz oğlu, hələ durub iki saat da cənab A х u n da zəhmət verib məsələ elər.

A х u n d. Хеyr! Siz nahaq yerə mane olursunuz. O çox yaxşı eləyir ki, soruşur, çünki şəriət ki, var, tük kimi bir şeydir. Bir balaca lazım olmayan tərəfə dartdın, qırılar, yəni günahkar olarsan!

H ə m z ə. Əstəğfürulla rəbbi və əttöbə ileyh! Allah şeytana lənət eləsin!

A х u n d (səfərə). Qaldı sizin sualınızın cavabı, ərz olsun, o mələkləri gördün və ya görmədin, vacibatdan deyil. Bir kərrə eşitdin, kifayət edər. (Qələmdandan qələm və kağız götürüb yazandan sonra.) Mənkuhə qızın və mənkuhə oğlanın ismilərini buyurun!

H ə m z ə. S ə r i y y ə və Q u r b a n.

A х u n d. Çox gözəl və çox pakizə. (Yazır.) Yaxşı, mənkuhə qız buradadır, ya yoх?

H ə m z ə. Хеyr!

A х u n d. Eybi yoxdur! Eybi yoxdur! Olmamağı məsləhətdir.

S ə f ə r . Zalım oğlunu kəllə qənd lap başdan çıxarıbdır!

A х u n d. Yaxşı! Qızdan vəkil kim ola?

H ə m z ə. Anası Çimnaz. (Səfərə.) Adə, Çimnazı çağır gəlsin. Çimnaz gəlir.

A х u n d. Yaxşı, sən öz qızın üçün şəhadət edirsən ki, Səriyyə Qurbana getməyə razıdır?

Çi m n a z . Bəli, mən şəhadət verirəm ki, qız razıdır!

S ə f ə r . Yalançının imanına tula bağlayım, heç qız razıdır?

A х u n d. Yaxşı, indi iki nəfər də şahid gərəkdir. Biri qız tərəfindən və biri də oğlan tərəfindən.

H ə m z ə (öz-özünə). Yaxşı, mən ollam oğlan tərəfindən. Səfər də olar qız tərəfindən. (Axunda.) Cənab Axund, bizim evdən şahid yararmı?

A х u n d. A kişi, nə üçün yaramaz? O dəxi də gözəldir ki! Yaxşı, ismi?

H ə m z ə. Səfər.

S ə f ə r (gəlir yaxına). Nə buyurursunuz?

A х u n d. Sən şəhadət vermək bilirsənmi?

S ə f ə r . Hə! Şəhadət kəlməmi? Nə üçün bilmirəm, məgər mən müsəlman deyiləm?

A х u n d. Хеyr, şəhadət ərz edirəm.

S ə f ə r . Cənab A х u n d! Başa düşürəm, bir siz dayanın mən deyim! Əgər qələtim olsa kəlləni vur başıma.

A х u n d. Siz mültəfit deyilsiniz!

S ə f ə r . Bir siz dayanın mən deyim! Əşhədən-laila…

A х u n d. Adə, ay heyvan, başa düş: belə bir şəhadətdən demirəm.

S ə f ə r . Ay ağa, bunun cəmisi iki dənədir. Biri kəlmeyi-şəhadət, biri də kəlmeyi-torbə və ya ki, "rütubətdir".

A х u n d. Kəlmeyi-torbə хеyr, ona biz üləma kəlmeyi-teyyibə deyərik.

S ə f ə r . Hə… hə… tiybə… onu deyirsiniz? Onu da bilirəm. Onda heç qələtim yoxdur.

A х u n d. Şəhadət deyirəm, hey… yəni şahidlik…

S ə f ə r . Yəni şahid götürməyə, mən kəlmeyi-tiybəmi bilirəm.

A х u n d. Baho! Siz yenə mültəfit olmadınız.

H ə m z ə. Adə, bir başa düş, gör sənə nə deyirlər.

S ə f ə r . Ay ağa, mən hamısını başa düşürəm.

H ə m z ə. Adə, belə de ki, S ə r i y y ə Q u r b a na getməyə razıdır.

S ə f ə r . O məgər kəlmeyi-şəhadətdir?

H ə m z ə. Adə, biz səndən şəhadət istəmirik, şahidlik deyirik!

S ə f ə r . Pəs A х u n d ağa şəhadət buyururdu, mən də ona şəhadət ərz edirdim.

H ə m z ə. Yox, o da şahidlik deyirdi.

S ə f ə r cavab vermir.

H ə m z ə. Adə! Burda bir çətin şey yoxdur ki, deyinən o evimizdəki qız Qurbana getməyə razıdır. Başa düşdün?

S ə f ə r . Əlbət ki, başa düşdüm. Qanmaz deyiləm ki, şahidlik edirəm, amma bilmirəm düzünü deyim yalanını?

A х u n d. Əlbət ki, düzünü demək lazımdır.

S ə f ə r (H ə m z əyə baxır). Axı qorxuram.

A х u n d. Qorxma, de!

S ə f ə r . Deyirəm, amma nə cür, bilmirəm.

A х u n d. Yəni çe?

S ə f ə r . Necə yəni çe?

H ə m z ə. Adə! Dəxi 36 saat ispor lazım deyil ki, bir kərrə de qız razıdır, vəssalam!

S ə f ə r . Yəni, yəni lazım deyil. Bax, mən şahidlik edirəm ki,

S ə r i y y ə R ü s t ə mə getməyə razıdır.

A х u n d. Хеyr, siz səhv edirsiniz. R ü s t ə mə yox Qurbana…

S ə f ə r . Хеyr, cənab A х u n d, siz səhv edirsiniz, Q u r b a na yox, Rüstəmə.

H ə m z ə. Adə, biz səndən Qurban sözü soruşuruq. Cənab A х u n d, bu axmaq oğlu axmaq lap çaşıb, danışdığını bilmir.

A х u n d. A kişi, nökər özü nədir ki, onun şahidliyi nə ola.

S ə f ər (kənara). Saqqalım yoxdur, tükü bitməyir. Saqqalım yoxdur, sözüm ötməyir. Sözün düzünü deyəndə heyvan oğlu, axmaq oğlu oluram.

H ə m z ə. Ay ağa, olmaz ki, (pul qoyur A х u n dun döşəyinin altına) bu cənab şahidlik eləsin.

A х u n d. A kişi, nə üçün olmaz. M o l l a Möhsün! Bu cənab sizdən xahiş edir ki, siz şəhadət edəsiniz. M o l l a Möhsün. Mən məşqülüzzuma olaram. Çünki mən heç bir şey bilmirəm və ondan əlavə iş, deyəsən, bir az şübhəli oldu!

A х u n d. Şahid iki lazım olduğuna görə deyirəm və bir də bu boyda kişinin yalan deməyəcəyinə əminəm, bunun atası rəhmətlik…

H ə m z ə (kənara). Хеyr a… yenə başladı əlifbeydən…

A х u n d. Allah sizin ölənlərinizə rəhmət eləsin, çox yaxşı kişi idi. Həmişə ildə mənim üçün buğdasından, soğanından, qarpızından, lobyasından, noxudundan göndərərdi. Hər halda bu da atasına oxşayacağı yəqinimdir. Ona görə şahid sizi də yaza bilərəm. M o l l a Möhsün. Axı qorxuram.

A х u n d. İnşaallah heç bir şey olmaz, günahı olsa, mən zamin olaram. M o l l a Möhsün. Hərçənd qorxuramsa da, amma sizin xatiriniz üçün deyirəm.

A х u n d. A kişi, de, qorxma, babalın boynuma. M o l l a Möhsün. Mən şəhadət edirəm ki, S ə r i y y ə Qurbana getməyə razıdır.

A х u n d. Vəssalam də! Dəxi burada bir çətin iş yoxdur. (A х u n d kağızı yazıb tamam edəndən sonra yerə qoyub, yazının üstünə torpaq töküb H ə m z əyə verir.) Allah-taala həzrətləri mübarək eləsin. Allah onları hər iki dünyada xoşbəxt eləsin. Bu halda R ü s t ə m daxil olur.

R ü s t ə m. Salaməleyküm!

A х u n d. Əleyküməssalam…

H ə m z ə. Adə, Səfər, çıxar bunu bayıra…

S ə f ə r (kənara). Bəlkə yazığın bir özgə işi var, çıx bayıra, ağa deyir, çıx bayıra, çıx!

Ç im n a z . Həyasız oğlu yapışıb yaxamıza, əl çəkməz a-a… R ü s t ə m. Çıxmıram!

S ə f ə r . Ağa, mən dedim, çıxmadı.

H ə m z ə (durur ayağa). Adə, eşitmirsən çıx bayıra!..

Bir-birini itələyirlər. M o l l a Möhsün durub onları aram edir.

M o l l a Möhsün. Otur, ay kərbəlayı, bir görək nə var! Oturun!

A х u n d. Həzərat, sakit olun, görək bu cavan nə demək istəyir. Siz nə buyurursunuz? R ü s t ə m. Mən cənab A х u n ddan acizanə rica etmək istəyirəm ki, indi nə işlə məşğul olduqlarını bəndəyə buyursunlar.

H ə m z ə Sənə nə borcdur? Sən kimsən?

S ə f ə r . Zalım oğlu elə bil ki, asmatordur.

A х u n d. Həzərat, aram olun. (R ü s t ə mə.) Nikah əqd edirdik. R ü s t ə m. Kimlərin nikahını?

A х u n d. S ə r i y y ə ilə Q u r b a nın! R ü s t ə m. Aya, mənkuhə qızdan sual edib, rəyin bilib, razılığına əmin oldunuz?

A х u n d. Bəli, razılıq aldım! R ü s t ə m. Bəs mənkuhə qız haradadır?

A х u n d. Qız qaibdir. Lakin ərz olsun, iki nəfər adil şəxs şahidlik edirlər ki, bəs qız razıdır. R ü s t ə m. Yaxşı, şahidlər kimdir?

A х u n d. Bu ağa ilə bu xanım. (M o l l a Möhsün ilə Çimnazı nişan verir.) R ü s t ə m (M o l l a Möhsünə). Cənab, siz bilirsiniz ki, Səriyyə Qurbana getməyə razıdır? M o l l a Möhsün. Hə… yoх… hə… Хеyr, bilmirəm… R ü s t ə m. Cənab A х u n d! Hansı dinin fitvasınca mənkuhə qızın özündən razılıq almamış nikah icra edirsiniz?..

A х u n d. Anası şəhadət etdi, biz də nikah kəsdik! R ü s t ə m. Anası yalan deyir, bu nikaha qız razı deyil!

S ə f ə r (kənara). Mən də dedim razı deyil, amma A х u n d kəllə qəndin xatirəsi üçün heç mənə qulaq da asmadı.

A х u n d. Siz nə danışırsınız? Ana heç vaxt qızının pisliyini istəməz. R ü s t ə m. Mən ərz elədim ki, qız razı deyil və təvəqqə edirəm ki, qızın özünü çağırıb soruşasınız və həmin nikahnaməni pozun!

A х u n d. Mən heç vaxt nikahnaməni pozmaram və qızı da tələb etməyə ehtiyacım yoxdur.

S ə f ə r. Allah vara əlli qız olsun, o kəllədən əl çəkməz! R ü s t ə m. Onda siz aşkar xilaf-şər iş görürsünüz.

A х u n d. Artıq-əskik danışma, bura sənin üçün teatr deyil, bayıra çıx!

S ə f ə r . Bəs necə, bura A х u n dxanadır!

A х u n d. Övlad ki var, ata-ananın qolubağlı quludur. Lap moltanıya da nikah etməyə hazıram.

S ə f ə r . Yəqin mələklər basabas salıb, davaya tamaşa edirlər. Bu dəfə on beşinin qıçı sınar, çünki tamaşa çoxdur. R ü s t ə m. Ala, bu da bizim şəriətmədarımız. Şəriətimizdə necə gözəl yollar, maraqlı təriqlər var!.. Baxın, indi necə şəriətə xilaf gedən vicdansızlar özlərini şəriətmədar adlandırırlar. Əfəndim!

A х u n d. Əfəndi özünsən! R ü s t ə m. Ağa! İnsaf edin, bir kəlləyə məsum və təqsirsiz bir qızı

Q u r b a n etməyin.

A х u n d. Çox danışma, məlun! Bayıra çıx, nainsaf özünsən!

R ü s t ə m. A х u n d həzrətləri, hərgah siz o kəllədən ötrü bir bidətə iqdam edirsinizsə, o kəllənin qiymətini mən sizə verərəm. Ancaq şəriət qanununa mütabiq iş görüb özünüzü günahkar və həmin məsum, bigünah qızcığazı da bədbəxt etməyin!

A х u n d. Vallah… vallah, şəriət qənim olsun hər kim yalan desə!!! Neçin günah eləyirəm. Ancaq anası şəhadət etdi, mən də inandım. Amma indi ki, siz deyirsiniz qız razı deyil, ərz olsun, mən də şübhəyə düşdüm. Ona görə qızı tələb etməyə məcburam. (H ə m z əyə.) Həqiqət, qızsız nikah dürüst olmaz. Mən sənin xatirin üçün kəsdimsə də, lakin həqiqət halda dürüst deyil.

S ə f ə r . Pul adı eşidəndə nə tez razı oldu! Səhərdən bu oğlan məlun idi.

H ə m z ə. Baş üstə, qızı gətirərəm, amma gərək bu oğlan qız gələndəburada olmasın. Çünki qız ondan qorxub razı olmaz.

A х u n d. Nə eybi var, çox yaxşı. (H ə m z ə durub Camal ilə gedir. Rüstəmə.) Siz də bir az çıxın bayırda dayanın, çünki deyirlər qız sizdən qorxur.

R ü s t ə m (kənara). Bunlar hamısı hiylədir. (Çıxır.)

S ə f ə r . Ağa, mələklər elə damın üstündə durublar?

A х u n d. Əlbət, əlbət, ağayi Həmzəyi-Səlyaninin buyurduğuna görə, ta qurtarınca getməzlər.

S ə f ə r . Ağa, məsələn, bəlkə belə yer oldu ki, damı olmadı. Məsələn, çöldə arvad birinə, bir mollaya, məsələn, sizə rast gəldi, sən də siğə elədin. Çöldə onda mələklər, dam yoxdur ki, hara yığılarlar!

A х u n d. Bu barədə, ərz olsun qulluğuna, ağayi Həmzəyi-Səlyani yazır: məsəla, mən birinə çöldə rast gəldim. O mənə getməyə razı oldu və mən də siğə oxudum. Onda ağayi Həmzəyi-Səlyani buyurur ki, mələklər sallanarlar insanın saqqalından.

S ə f ə r . Ağa! Bəlkə bu, arsız, qəmədiyəçi-zad oldu, yəni bığın, saqqalın qırxdİranlardan oldu. Onda hardan sallanarlar?

A х u n d. Həqiqət, bu məsələ çox böyük məsələdir. Buna cavab verə bilmərəm, çünki bayaq ərz elədim: şəriət ki var, tük kimi bir şeydir. Bir az əydim, günahkar ollam. Bu sual gərək müctəhiddən soruşulsun.

S ə f ə r . Ağa, mən də şəriət bilənəm ha… Çünki sözü deyən kimi əlüstü başa düşürəm.

A х u n d. Bəli, bəli!..

Bu halda H ə m z ə, Camal və bir nəfər qız daxil olur.

S ə f ə r . Bu qız evimizdə şimşad kimi idi. Amma indi, gör nə yastıyapalaq olub. (Baxır.) A-ha! Bu qız, boyda lap Qurbanın öz bacısına oxşayır.

H ə m z ə. Hə! Cənab A х u n d, soruşun!

A х u n d. Qızım, sən Q u r b a na getməyə razısan?

Qı z . Bəli!

Bu halda R ü s t ə m daxil olub qıza baxır.

R ü s t ə m. Cənab A х u n d, bu mənkuhə qız deyil, onun əvəzində özgə qız gətirmişlər.

A х u n d (Həmzəyə). Belə iş yaramaz! Sən… (Burada Həmzə pul qoyur döşəyin altına. R ü s t ə mə) Daha, o mənim borcum deyil, qız da şəhadət elədi. Daha artıq söz lazım deyil. İndi bayıra çıx!.. R ü s t ə m. Ağa, Allah xatiri üçün insaf edin, bizi bədbəxt etməyin!

A х u n d. Məlun Fasiq! Mənimlən mala şərik deyilsən ki, çıx evimdən bayıra, yoxsa, güc ilə çıxardaram.

R ü s t ə m. Cənab A х u n d, namərbut söyləməyin!

A х u n d. Allah xatirinə bu babini çıxardın bayıra. R ü s t ə m. Ədnalar. Mən sizə göstərərəm. (Çıxır.)

H ə m z ə. Bu sözlərlə bizi qorxuzmaq istəyir. Əgər sabahdan artıq sağ qaldı, mənim üzümə tüpürün. O indi mənim üstümə qışqırsın… (Durub gedirlər.)

A х u n d. Allah mübarək eləsin. (Səfər kəllə qəndi çiyninə qoyub çıxmaq istəyir.) Adə, onu hara aparırsan?

S ə f ə r . Nəyi?

A х u n d. Əlindəkini.

S ə f ə r . Bu öz çubuğumdur, səninki deyil!

A х u n d. Çubuğu ərz eləmirəm.

S ə f ə r . Bəs nəyi?

A х u n d. Adə, belə şirnini, belə kəlləni, bildin!

S ə f ə r . Əvvəldən bilirdim. Daha pul almışsan, bir də kəlləni istəyirsən. Bəs mənim balalarım acından qırılsınlar? Xudahafiz! (Qaçır.)

A х u n d. Adə, haramzada, dayan! (Gedir dalınca, sonra gəlir.)

R ü s t ə m (daxil olur, əlində bir tapança). Gediblər! Yoxdurlar! İndicə taparam, sizin tamahkarlığınız və xilaf-şər iş görməyiniz və onların zalımlıqları məni həyatdan usandırdı. Mən səbr eləyib, xoşluqla keçəcəyini gözlədim! Olmadı. Artıq cana doydum. Sənə, sənə, bivicdan, mən dəyməyirəm, şəriət sahibi özü səndən intiqam alar. Amma onlardan mən intiqam alacağam. Yoх! Mən dəxi bu zülmə tab gətirə bilmərəm. Bundan sonra ləziz təamlar mənə zəhər, gözəl bağlarbağçalar mənə zindan olacaq. Mən dəxi bu biarlığı daşıya bilmərəm. Mən o qədər bivəfa və biar deyiləm ki, həyatını mənim yolumda fəda etməyə hazır olan cannisar və vəfalı bir məşuqəmi zalımlar əlində buraxıb gedim. Yox, olmaz! Daha asudə yaşamaq zamanı keçdi. Mən bu cür yaşamağı arzu etmirəm. Bundan sonra mən canalıcı cəllada dönməliyəm… Ya rəbbi, cövrü zülmi-ədudən usanmışam, Zalımların cəfası alıbdır dəvamımı! Beylə həyatı istəmirəm, ölməmiş fəqət Allam yədi-zuri əlimlə intiqamımı!

Pərdə