Vəhdət humr açıldı meyxanəyə girsəm mən
Vəhdət humr açıldı meyxanəyə girsəm mən (XII əsr) Müəllif: Əhməd Yəsəvi |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Vəhdət humr açıldı meyxanəyə girsəm mən,
Bir cam içib ol meydən məsti-heyran olsam mən.
Uş ol meyin məzəsi iç bağnmı qan qıldı
Bağır qanın ağızıb canan san varsam mən.
Saqi sundu hər nəfəs keyfıyyətin şərabın
Sərməst olub uş ol dəm nalə-fəryad vursam mən.
İnsaniyyət yaxasın şövq atəşi yandırdı
Vəhdaniyyət dəryasın uş ol dəmdə sorsam mən.
Ol dəryanın mevcindən dəymə qəvvas dür almaz
Candan keçib dür üçün bəhr dibinə cumsam mən.
Xacə Əhmədi humində məhəbbətin şərabı
Aşiqlərə ol meydan muradınca versəm mən.