Vətəndaş (Əhməd Cavad)

Vətəndaş
Müəllif: Əhməd Cavad
Mənbə: Əhməd Cavad. Seçilmiş əsəsrləri. Bakı, "Şərq Qərb nəşriyyatı", 2005. səh.218


Fəlakət qayğısı çəkər başına,
Kim ki yardım etməz öz qardaşına.
Qonşuda göz yaşı və aclıq dərdi,
Yardıma borcludur hər insan fərdi.

Sən bəkləmə hər şey fələkdən olsun!
Çox olsun, az olsun, ürəkdən olsun!
Sənin də qəlbində bir alov yansın,
Sənin də borcun var, sən də insansan.

Çünki Volqa boyu nə var sənindir!
О ас qalan, о insanlar sənindir!
Düzülmüş yollara aclar karvanı,
Karvanla bərabər ağlar, sənindir!

Yaxın gəl, yaxınsan, uzaqdan baxma,
О göz yaşları ki axar, sənindir!
Vətəndaş, şərik ol onun dərdinə,
О göz ki yollara baxar, sənindir!