Valehin Hacı Allahverdiyə məktubu

Valehin Hacı Allahverdiyə məktubu
Müəllif: Mir Möhsün Nəvvab
Tərcüməçilər: Nəsrəddin Qarayev, Əkrəm Bağırov
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018.


Gəldi mehman ki, sənə, ey Hacı, zəwari-Hüseyn,

Necə saldın yola, ey mənsəbi-hacəl-hərəmeyn?


Sənin oğlanının o canına lə’nət gəlsin,

Belə dəllallar imanına lə’nət gəlsin.


Lənət olsun belə Hacıdan olan övladə,

Cəbr edə mən kimi sərrafı-süxənustadə.


Mənim ardım sarıdan getdi imanın badə,

Sənin ağzına baxardı tamam el sövdadə.


Görmədinmi məni həcv eyləyən Abdullanı,

Elə zərb etdim ona, çıxdı... canı.


Şəhrdən çöldə, əgər gəlsə əlimə o əlin,

Sürürəm hər tərəfə, yerdə qalır cümlə dərin.