Valehin Kərbəlayi Abdulla Canızadəyə cavabı

Valehin Kərbəlayi Abdulla Canızadəyə cavabı
Müəllif: Mir Möhsün Nəvvab
Tərcüməçilər: Nəsrəddin Qarayev, Əkrəm Bağırov
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018.


Səfi naməhrəmi-dərgahü dəri-Heydərdir,

Kim bilir ki, filan şey ya xüşk və tərdir.


Mən əgər feyzü hünər cahiliyəm lə’n sənə,

Yoxsa lə’nət sənə gəlsin, bu nə növ’i şərdir.


Səfinin ziddi əzazil əzəl Abdullahdır,

Ona başımı əgəm, lə’nət ona, müztərdir!


Ol Əbucəhl Rəsulun nəyini əksiltdi?

Daima zəmmi-nəbi dildə onun əzbərdir.


Neçə kafər genə peyğəmbərə əbtər dedilər,

Elmi-təhqiqdə onların özü əbtərdir.


Ərşinə əlli kərən and içəni gör ki, mənə,

Elə söylər ki. görən der, özü peyğəmbərdir.


Özü Dəccaldürür, könlü vəli Kə’bə dilər,

Mömin indi Qalada sən, burada Qəmbərdir.