Valehin Qənbərə cavabı
Valehin Qənbərə cavabı Müəllif: Mir Möhsün Nəvvab Tərcüməçilər: Nəsrəddin Qarayev, Əkrəm Bağırov |
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018. |
Bu təb’ü təbabətliyi bir kəs bilə, haşa,
ey Qənbəri-məcnun,
Dərmanlarını görsə, qalır məhzü müqəvva,
Loğmanü Fəlatun.
Gözdən və nəzərdən səni hifz eyliyə mövla,
danayi-pürəfzun.
Bir sən kimi kəhhal dəxi xəlq etməyib əsla,
ol qadiri-biçun.
Qırx yeddi qələm göz dəvasın eyləyə peyda,
gözdən özü məğbun.
Allaha şükür, gözlərimin yoxdur azarı,
axmaz pıçalağı.
Bir güzgü alıb bax gözünə sən, səni tari,
gör korca bulağı.
Həcvinə görə gözləri kor olmaya bari,
kardır də qulağı.
Adətdi ki, sağlar kora gülməkdi mədari,
verməkdi qınağı.
Sağ gözlünü kor həcv edibən eylədi rüsva,
düşdü təzə qanun.
Bir gün gözümüz qara düşəndə nə gülərsən,
könlün nə olur şad?
İllər uzunu bumunu bəs niyə silərsən,
olmuş sənə mötad?
Göz ağrısına pəhrizi qeyzanı bilərsən,
çün öyrədib ustad.
Bəs niyə qara mal kimi quyya yıxılırsan,
gər olmasa irşad?
Öz eybinə kor ol, dəxi çox söyləmə bica,
danışma bu məzmun.
Bircə dəva var, saxlamışam onu mhan mən,
indi deyirəm, qan.
Şagirdsən əgər məndən eşit onu da öyrən,
olsun sənə dərman.
Çox gözləri də sağ elə korluq ələmindən,
qıl özünə ehsan.
Gizlincə deyim, çırtta quşun suyunu əz sən,
doldur iki fincan.
Tök gözlərinə, gözlərin olsun belə bina,
gəzmə belə məhzun.
Valeh o zamandan ki, olubdur sənə yoldaş,
ol xoş qədəmindən.
Yaxmadan olub gözləri manəndeyi-xəffaş,
gərək qaça gündən.
Bizdə yenə sağ gözdü, görər, qədri gedər yaş,
həqqin kərəmindən.
Sənin başına, ey biçarə, eylə düşüb daş,
dövran sitəmindən,
Görmək sənə olmaz dəxi ölüncə mühəyya,
səd dövr edə gərdun.