Vaqifə cavabında Vidadinin qəzəli
Təzkireyi-Nəvvab Müəllif: Mir Möhsün Nəvvab Tərcüməçilər: Nəsrəddin Qarayev, Əkrəm Bağırov |
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018. |
Hər səhər bad əsər ki, arizi-cananə dəyər,
Toxunar sərvə gəhi, gah gülüstanə dəyər.
Olmasa qabil əgər, dəhr cəfa verməz ələ,
Təm biləzzət olanda necə dəndanə dəyər.
Şəm gər yansa səvadi-şəb üçün, heyf olmaz,
Şöləsi çünki onun arizi-cananə dəyər.
Ülfəti-nakəsü namərd həmin söhbət imiş,
Tut ki, mərd ətəgi dövləti-xaqanə dəyər.
Mən ki meydani-bəla içrə sərim top edərəm,
Ta düşə əldən-ələ, axiri çövkanə dəyər.
Nə qədər olsa qoca, gərçi Vidadi xəstə,
Genə Vaqif kimi, əlbəttə, yüz oğlanə dəyər.