Vaqif və “İsgəndər”

Vaqif və “İsgəndər” (05.04.2021)
Müəllif: [[Müəllif:Teymur Kərimli|Teymur Kərimli]]


Şuşadan itdi tamam it balası əsgəriniz!

Vaqifin ruhu qoyarmı düşə “İskəndər”iniz?


Həm də İskəndəri-Rumi özü bir fateh idi –

Ona nisbətdə qara rubla dəyərmi dəriniz?


Qulağından yapışıb ŞİR onu çökdürdü dizə;

Atılıb-düşsə də, ram oldu sizin əntəriniz.


Daha murdar iziniz düşməyəcək dağ-daşıma –

Başa dəydikdə qapaz, düşdü zəhər dişləriniz.


Baş kəsib haylarınız çox baş apardı, yetişir!

Daha bundan sora “ləbbeyk!” olacaq əzbəriniz!


Başınızdan da yekə səhvinizi faş elədi

Ulu “Bayraktar” önündə dağılan səfləriniz!


Sürünüb qarnı cırıq it kimi az hav-hav edin!

Bir səmər verməyəcək fitnənizə qantəriniz!


Gender üstündə qurulmuş o “qədim” tarixə bax:

İrəli çıxmağa hazır yenə haxcikləriniz.


Qazanıbsız deyə murdarlığı satqınlıq ilə,

Hələ çoxdur mal alan pullu kalan müştəriniz.


Vurnuxub bir bu qədər göz yaşı tökmək nə gərək?

Daha yanmır sizə Avropadakı qəhməriniz.


Saxtakar toplumu Teymur tanıyır, olmaz əcəb,

Puç olub saxsıya dönsə zəriniz, gövhəriniz!