Vaqifin Tiflisin tərifində dediyi müxəmməs
Gəlməmiş Müəllif: Mir Möhsün Nəvvab Tərcüməçilər: Nəsrəddin Qarayev, Əkrəm Bağırov |
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018. |
Bəh, bu bağın nə əcəb sərvi-dilaraləri var,
Hər tərəf taza açılmış gülü rənaləri var,
Açılıb tazəvü tər laleyi-əhmərləri var,
Yəni Tiflisin əcəb dilbəri-zibaləri var,
Ey könül, seyr elə, gör, türfə təmaşaləri var.
O qədərdir büti-nazikbədənü incəmiyan,
Eyləmək olmaz onun vəsfini mə lumü əyan,
Hər biri nazü nəzakət ilə min afəti-can,
Cümlə bir cilvədə, bir şivədə, xoş sərvi-rəvan,
Məst tavus kimi gərdəni-minaləri var.
Mərhəba, Tiflis imiş cənnəti dünya yerinin,
Yığılıbdır ona cəmiyyəti hurü pərinin,
Mən bu şəhrin, nə deyim, vəsfini dilbərlərinin,
Filməsəl, şəklü şəmaildə vəli hər birinin,
Mahi-tabanə bərabər sərü simaləri var.
Üzləri pərtövi-mehri-cəhanara kimidir,
Səfheyi-sinələri simi-müsəffa kimidir,
Ləzzəti-ləhcələri nitqi-Məsiha kimidir,
Əlləri möcüzeyi-həzrəti-Musa kimidir,
Dilrübalıqda əcayib yədi-beyzaləri var.
Ala gözlər süzülüb, nərgisi-sirabə dönüb,
Ağ qabağında xəm əbruləri mehrabə dönüb,
LəT tək ləblərinin rəngi meyi-nabə dönüb,
Tökülüb gərdənə saçlar, ucu qüllabə dönüb,
Sona cıqqası kimi zülfi-mütərraləri var.
Nə qədər var isə buxaqü zənəxdanü yanaq,
Tazə gül yarpağı tək qırmızıdır, nazikü ağ,
Bir-birindən götürüb şöləsini misli-çırağ,
Az görüb kimsə belə qaşü gözü dişü dodaq,
Özgə babət sifətü surətü əzaləri var.
Kəsrəti-hüsn ki, xoş mərtəbədir insan üçün,
Bəxş edibdir həq ani dilbəri-Gürcüstan üçün,
Yox sual etmək əgər məsləhəti-Yəzdan üçün,
Nola, yarəb, səbəbi, baisi bu xuban üçün,
Belə surətlərin, əlbəttə ki, mənaləri var.
Yeddi həmmam, nə həmmam ki, sərmənzili-hur,
Həşt cənnət kimi hər guşəsi bir mətləi-nur,
Bir əcəb abi-rəvan gərm qılıb andə zühur,
Şükr təqdirinə, ey qadirü qəyyumi-ğəfür,
Lütfünün bəndələrə neməti-üzmaləri var.
Mənbəi-cudü kərəmdən açılıb dürri-xoşab,
Basəfa hövzə dəmadəm tökülür misli-gülab,
Görsə bir kərrə onu mən kimi bir xanəxərab,
Getməz andan dəxi bir canibə manəndi-hübab,
Getsə də badə başı, mənzilü mə’valəri var.
Gərçi, ey Xızr, bulubsan şərəfi-feyzi-əzəl,
Verməyibdir sənə amma könül asayişi əl,
İstəsən ömri-dübarə, görəsən türfə gözəl,
Bircə təşrif buyur Tiflisin həmmamına gəl,
Gör necə rahətü canbəxşü tənasaləri var.
Bu ocaq böylə ocaqdır, işığı ayə salır,
Gün kimi şöləsini cümleyi-dünyayə salır,
Tez tutar, xainü bədxahləri vayə salır,
Hər kimin başinə kim, mərhəməti sayə salır,
Elə bilsin oların din ilə dünyaləri var.
Vaqifa, səndə ki, yoxdur, bilirəm, zöhdü riya,
Şərti-ixlas gərək eyləyəsən şimdi əda.
Elə bu valiyə, oğlanlarına xeyrü-dua,
Saxlasın onları öz hifzi-əmamnda Xuda,
Hasil etsin nə qədər dildə təmənnaləri var.