Varımdı sinədə dərdü qəmi-nəhan, ölürəm

Varımdı sinədə dərdü qəmi-nəhan, ölürəm
Müəllif: Xurşudbanu Natəvan
Mənbə: XIX əsr Azərbaycan şeiri antologiyası, Bakı, "Şərq-Qərb", 2005.

Varımdı sinədə dərdü qəmi-nəhan, ölürəm,
Fəda olum sənə, gəl eylə imtəhan, ölürəm.

Fəraqdan gecələr yatmaram səbahə kimi,
Xəyali-zulfunə bağlı gedibdir can, ölürəm.

Bahari-husnun əra gör necə xəzanəm mən,
Bahar laləsi tək bağrım oldu qan, ölürəm.

Vərəq-vərəq dilu can hicrin icrə odlaşdı,
Misali-kəncəfə sədparə oldu can, ölürəm.

O xaki-payini mən aşiyanə etmiş idim,
Vətəndən ayrı düşüb indi laməkan, ölürəm.

Dedin ki, cək əlini damənimdən, əl cəkdim,
Tərəhhum eyləmədin axır, ey cavan, ölürəm.

Cəkirdim həsrətini, görmədim, xudahafiz!
Olubdur indi işim naləvu fəğan, ölürəm.

Fəda o qamətinə kim, qəza nə xoş cəkmiş,
Qədər bukub belimi, eyləyib kəman, ölürəm.

Fəraqdan tukənib tabu taqətim, billah,
Vüsalə yetməz əlim, zaru Natəvan ölürəm.

Xarici keçidlər

redaktə
  • Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.