Varımdı sinədə dərdü qəmi-nihan, ölürəm

(Varımdı sinәdә dәrdü qәmi-nihan, ölürәm səhifəsindən istiqamətləndirilmişdir)
Varımdı sinədə dərdü qəmi-nihan, ölürəm
Müəllif: Ağaəli bəy Naseh

Varımdı sinədə dərdü qəmi-nihan, ölürəm,
Bu sirri eyləmədim kimsəyə bəyan, ölürəm.

Bacardığımca qəmi-eşqi gizlədim, axır
Kəsildi taqətü səbrü qərari-can, ölürəm.

Səfayi-vəsldir aləmdə gərçi məqsudim
Bəlayi-hicrin ilə bağrım oldu qan, ölürəm.

Açılmamış gül idim gülşəni-nəzakətdə,
Bahari-ömrümü eşq eylədi xəzan ölürəm.

Başım bənəfşə kimi qəm dizində çox qaldı,
Vüsalın olmadı üstümdə sayəban, ölürəm.

Şikayət eyləmədim möhnəti-fəraqından,
Zəlilü xarü diləfkarü bizəban ölürəm.

Ümid idim çəkərəm dərdi-eşqi Naseh tək,
Qırıldı rişteyi-ümmid nagəhan, ölürəm.