Varıydı
Müəllif: Aşıq Nəcəf Daşkəndli

Yatmışdım qəflətdə gördüm Heydəri,
Cəmi xublar məclisində varıydı.
Özü Şiri-Yəzdan aləm sərvəri,
Mübarək dəstində Zülfüqarıydı.

Bir insan Heydərdi-Qəşəmşəm adı,
Darda qalanların odur fəryadı.
Şahi Mərdan ilə on bir övladı,
Qəmbər qabağında qulamkarıydı.

Biçarə Nəcəfin haqdır gümanı,
Beş pənc əl-əbadır dini, imanı.
İçlərində bir Kərbəla sultanı,
Əlil Fəzil Abbas əlamdarıydı.

Mənbə

redaktə