Var ümidim ki, görüb cövlanını olsam həlak
Var ümidim ki, görüb cövlanını olsam həlak Müəllif: Məhəmməd Füzuli |
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.196. |
Var ümidim ki, görüb cövlanını olsam həlak,
Gərdi-nə’li-badpayin örtə cismim üzrə xak.
Öldügüm mənzildə dəfnim qılmağa sanmın ləhəd,
Yer görüb qürbətdə əhvalım, giriban etdi çak.
Məst can verdim, məzarım üzrə tə’zim eyləyib,
Qübbə yapıb daneyi-əngur, eyvan tutdu tak.
Çün cəfa mö’tadiyəm, bilmən nədir mehrü vəfa,
Bilməsə mehrü vəfa rəsmin cəfakarım, nə bak.
Hər küdurətdən məni pak etdi seyli-xuni-dil,
Şükr-lillah, atəşi-eşqin məni yandırdı pak.
Ah, bilmən neyləyim, canımda rahət qalmadı,
Gözlərim nəmnak, sinəm çak, könlüm dərdnak.
Qeyr nəqşin məhv qılmışdır Füzuli sinədən,
Ma ləhu fid-dəhri-mətlubün və məqsudun sivak.