Əsli-müəmmanın bəhsi momuda,
Taptap aləmində nə hikməti var?
Zikr elə mərmərə, əsli-şohuda,
De, o şux kəlmənin nə qüdrəti var?
Şəhabi-ləbyəzə, külli-kainat,
Tohuru cəm aləm səmiyyən nicat.
Eynül ədəb hami, sirri-xəfiyyat,
Verəsən cavabın, nə nüsrəti var.
Qatilül zad külli-fəsad fəsada,
Hüsini, tosini səhni-səhrada.
Açmayan kəlməni qəlli-ustada
Qoymuşam boynunda çox minnəti var.
Biçarə İmanın yoxdu idarası,
Qitətil məsrakin rəsil əcası.
Nahidi-məcmərə yəl-yəl mənası,
Coş edir sinəmdə, nə firqəti var.