Var (Aşıq Mirzə Bilal)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Var Müəllif: Aşıq Mirzə Bilal |
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004. |
Ürəyimiz çiçəklənir,
Elin əcəb cəlalı var.
İndi bizim insanların
Nə dərdi, nə məlalı var.
Nələr görür bu gün gözüm,
Çalxan, ey ilham dənizim,
Gülür könlüm, sazım, sözüm,
Nə sorğu, nə sualı var.
Yoxdu izi intizarın,
Getdi dövrü boran, qarın,
Şən ellərin, obaların,
Dastan deyən Bilalı var.