Var (Dəryayi-həyatda bir qala gördüm)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Var
Müəllif: Növrəs İman
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh. 172-173

Dəryayi-həyatda bir qala gödüm,
Madərə buyruqçu cümlə dəsi var.
Minlərlə məxluqat, hamı bir donda,
Haram yeməz, hala bir süfrəsi var.

Havaya qalxanda əl-ələ vurar,
Bənnasız, kərpicsiz bir bina qurar,
"Vay" deyər oturar, "vay" deyər durar,
Bilməm kimə tutmuş köhnə yası var.

Onun hər loğması yetsə dahana,
Ruhu təzələyər, can verər cana.
Görən heyran qalır sirri-sübhana,
Novrəs İmanın da iltiması var.