Var (Muxayıl Göyçəli)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Var (12 avqust 1943)
Müəllif: Muxayıl Göyçəli
Bağlama-qıfılbənd

Dün sehrə vardım yeddi xanə gördüm,
Çəm olmuş içində yeddi narı var.
Görəndə xanəni xəyalım çaşdı,
Sanasam könlümün qəm-qübarı var.

Yeddi qara geyir, yeddisi ağı,
Yeddisi məclisdə gəzdirir saqı.
Yeddisi Məcnun tək dolanır dağı,
Birinin sevgili yeddi yarı var.

Yeddisi Muxayılı yolda saxlayır,
Yeddisi gülür, yeddisi ağlayır.
Yeddisi həkim tək yara bağlayır,
Dördünündə qırx səkkiz bazarı var.
12 avqust 1943-cü il

Mənbə redaktə