Var (Qurbani)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Var (Qurbani) Müəllif: Dirili Qurbani |
Mənbə: Qəzənfər Kazımov. "Seçilmiş əsərləri (10 cilddə, III cild)" (PDF) (az.). Nurlan. 2008. 2018-09-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-05. |
Demirәm qarı kasıbdı,
Bir inәk, bir danası var.
Qabaqda qarpız gizlәnәr,
Dalında topxanası var.
Axşam olar, düşәr soyuq,
Damlara yığılar toyuq,
Yumurtası yüzә yovuq,
Xeyli dadlı şorbası var.
Qurbani yayınmaz sözdәn,
Geyinib ağ çitdәn, bezdәn,
Çox qorxuram Әsmәr qızdan,
Әlindә bir payası var.