Var olan varlığını, gərək var ikən qana

Var olan varlığını, gərək var ikən qana (1993)
Müəllif: RAUF CAVAD

Bəzən insan körpə uşaq tək pak olmaq istər,
Gülümsəyib həyata hərdəm ağlamaq istər.

Keçmişə baxar, peşman, insan, oyanmaq dilər,
Uşaq tək gülümsəyib, saf, təmiz qalmaq dilər.

Qaytarmaq istəsən günləri, bir də qayıtmaz,
Solan güllər bitən nəfəslə, inan ayılmaz.

Geriyə dönüb baxsan, xatirələrin bitməz,
Xoş istəklər, ürəkdə, bitməz nə də tükənməz.

Var olan varlığını, gərək var ikən qana!
Aldığı nəfəslə insan, haqq-imanı ana.

Sevgi, şirin xəyaldır, təmiz qəlb eşqlə yanar,
Rauf, saflığı qanan, qəlbi mütləq alışar!