Varalım ol sənəmi-gülüzarə yalvaralım
Varalım ol sənəmi-gülüzarə yalvaralım Müəllif: Hamidi |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Varalım ol sənəmi-gülüzarə yalvaralım,
Bəlayi-fırqət əlindən nigarə yalvaralım.
Niyazü həsrətilə qapusuna yüz sürəlim,
Şifıə edüb səki-kuyini yarə yalvaralım.
Müsaid olsa əgər ruzigar bizim ilə
Orada baş açubən ruzigarə yalvaralun.
Könül, bütün günü əyyami-qəmde sabir idin
Bu gün kim oldu könül parə-parə, yalvaralım.
Bu dərdi-hicrə ki, həq ruzi qıldı bizə bu gün
Əgərçi hiç edəməziz bir çarə yalvaralım.
Gər istəsən ki yenə Hamidi kimi göresən .
Xəttü rüxi dinü gün girdkarə yalvaralım.