Vardım ki, yurdundan ayaq çəkilmiş

Vardım ki, yurdundan ayaq çəkilmiş
Müəllif: Bayburtlu Zehni
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Vardım ki, yurdundan ayaq çəkilmiş,
Yavru getmiş izsiz qalmış otağı.
Camlar şikəst oimuş, meylər tökülmüş
Saqilər məclisdən çəkmiş ayağı.

Hankı bağda bulsam mən ol maralı,
Hankı yerde görsəm çeşmi qəzalı,
Ovçulardan qaçmış ceyran misalı
Keçmiş dağdan dağa, yoxdur durağı.

Laləni, sümbülü, gülü xar almış,
Zövqi - şövq əhlini ahu zar almış,
Süleyman taxtını sanki mar almış,
Qəmə təbdil olmuş ülfətin çağı.

Zehni dərd əlindən hər zaman ağlar,
Vardım ki, bağ ağlar, bağiban ağlar,
Sümbüllər pərişan, güllər qan ağlar,
Şeyda bülbül tərk edəli bu bağı.