Varsağını gör

Varsağını gör
Müəllif: Abbas Tufarqanlı
Mənbə: "Aşıq təcnisləri" (şeir antologiyası). Azərbaycan Aşıqlar Birliyi. Bakı, 2022.

Əttar dükanında bir molla gördüm,
İtirib imanın varsağını gör!
Əcəl piyaləsin dutub dəstində,
Doldurub zəhrinən var sağını gör!

Bitib dost bağında canım alması,
Üzmə, kamil deyil, canım, alması.
Necə qəbul elər, canım alması
Doğram-doğram eylər varsağını gör!

Qıvlagahım başım üstən baş bular,
Hamılardan artıq bular, baş bular.
Mənim pərim fəqan eylər, baş bular,
Tilazar sırğanın varsağını gör.

O kəkil bitəndə, bu can itəndə,
O canda tapılar bu canitəndə.
Abbas, necə ki, var bu canı təndə,
Ara könüllərin var sağını gör!