Vaxtıdı
Vaxtıdı Müəllif: Aşıq Abbas Tufarqanlı |
Mənbə: Azərbaycan ədəbiyyatı inciləri. Bakı, 1988. Səh.74-75. |
Budu gəldi bahar fəsli,
Dağların lala vaxtıdı.
Açılıbdı qızıl güllər,
Bülbülün bala vaxtıdı.
Bülbüllər dolandı bağı,
Bir xəlvət eylə otağı.
Sənə qurban olum saqi,
Mey ver, piyalə vaxtıdı.
Mən Abbasam, boyu bəstə,
Dərdindən olmuşam xəstə.
Al başımı dizin üstə,
Çal yataq, layla vaxtıdı.