Vaxtıdı Teymur Kərimli
Vaxtıdı (08.05.2022) Müəllif: [[Müəllif:Teymur Kərimli|Teymur Kərimli]] |
Budu gəldi QULAQKƏSƏN,
Düşmənin tula vaxtıdı.
Mitinq gedir meydanında,
Ula ha ula vaxtıdı.
Zəfər çaldıq, xoş halımız,
Gerçək oldu xəyalımız.
Yağıların qartalımız
Tükünü yola, vaxtıdı!
“Haydı vur!” dedi Rəhbərim,
“Uf” demədi igidlərim!
Ağdam – ağıllı şəhərim,
Şuşamın Qala vaxtıdı!
Neçə illər yandı canım,
Şükür ki, çatdı zamanım!
Dərs verəcək Komandanım
Rüstəmi – Zala, vaxtıdı!
Gəlmişdi ki, xərac yığa,
Öz qanında batdı zığa.
Qarabağdan namərd dığa
İtilsin dala, vaxtıdı!
Daş dəyməsin şüşəmizə,
Bülbül qonsun meşəmizə.
Teymur, gözəl Şuşamıza
Dur düşək yola, vaxtıdı!