Vay deyə
Vay deyə Müəllif: Çoban Əfqan |
Mənbə: Nəriman Həsənzadə. Seçilmiş əsərləri. 7 cilddə. 7-ci cild. Bakı, "Prometey", 2014. |
Ağanı öldürdü qaçaqlar bu gün,
Ağla altı aylıq haqqım vay, deyə.
Altı ay da bundan sonra işlə ki,
Uşaq ağlamasın çörək, çay deyə.
Kimə nə, haqqını almayıb çoban,
Evi ac, özü ac düşüb tavandan.
Kasıbdan da iyid varmış ay oğlan,
İyid odur, doğru sözü say, deyə.
Əfqan da qəmlidir mərdanələrçün,
Ürək sözün demir dürdanələrçün.
Durmayıb tez gedin bir qoyun seçin,
Ağa matəmində çəkək şişliyə.