Ver xəbər (Qaranı)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Ver xəbər (Qaranı)
Müəllif: Qul QaranıXəstə Hasan
Mənbə: Əli Şamil. "Ozan dünyası. №2(30)" (PDF). Bakı (az.). "Elm və təhsil". 2018. İstifadə tarixi: 2018-12-26.

Qul Qaranı:
Bizi yoxdan var eyləyən ol sübhandan ver xəbər,
Səkkiz cənnət əzizi o kimlərdən ver xəbər.
O kimdi, hüllə biçir insanın sifətinə?
Doqquz bağa su bağlayan o bağmandan ver xəbər.

Xəstə Hasan:
Bizi yoxdan var eyləyən ol sübhandan al xəbər,
Səkkiz cənnət əzizi o kimlərdən al xəbər.
İdrisdir, hüllə biçir insanın sifətinə,
Doqquz bağa su bağlayan o bağmandan al xəbər.
 
Qul Qaranı:
Dinlərdən hansı əzizdi, mən tutmuşam adını?
Əngiddə kimlər gördü Əzrayılın cəngini?
O kim idi, iki yol gördü ana rəhnini?
Məkanı bu məkanın bil, o bir cannan ver xəbər?

Xəstə Hasan:
Məhəmmədin dini əzizdi, mən tutmuşam o dini,
Qabil öldürdü Habili, gördü Əzrailin zəhmini.
Həzrət Yunus iki yol gördü ana rəhnini,
Məkanı ümman məkanı, ol cannan al xəbər.

Qul Qaranı:
Qaranı ana ilə buldu bir-birini.??????
O kimiydi, kəndi əliynən kəndi kəsdi sərini?
O kim idi, atasız gəldi dünyaya, əmdi ana şirini?
O ki nədən xəlq olubdu, ol divandan ver xəbər?

Xəstə Hasan:
Xəstə Hasan ana ilə buldu bir-birini,
Əzraildir, kəndi əliynən kəndi kəsər sərini.
Həzrət İsa atasız gəldi, əmdi ana şirini,
O ki, nurdan xəlq olunub ol divandan ol xəbər.
(Məhəmməd Hüseynqulu oğlu variantı)