Vermədim (Miskin Abdal)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Vermədim Müəllif: Miskin Abdal |
Xoş bəyanlıq virdim oldu, böhtana yol vermədim,
Şirin süxən əndəlibəm, hədyana yol vermədim,
Nifrin edib, lənət dedim xainə, iblislərə,
Qəlbimi ayna saxladım, şeytana yol vermədim.
Bir bəşəri incitmədim, kəndimi şah saymadım,
Dostun sirrini söyləyib, dildən-dilə yaymadım,
Ömür qısa, dünya əzəl, az yaşadım, doymadım,
Dür mətaha meydan açdım, tək cana yol vermədim.
Aşıq olub dərs alanlar söz desin sözüm kimi,
Miskin Abdal, məğrur istə hamını özün kimi,
Arifi, mətləb qananı, bilirəm gözüm kimi,
Sinəm üstən mərd yeridi, nadana yol vermədim.