Vidadinin Müsəddəsi
Qalmaz Müəllif: Mir Möhsün Nəvvab Tərcüməçilər: Nəsrəddin Qarayev, Əkrəm Bağırov |
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018. |
Gəl çəkmə cəhan qeydini, dövran belə qalmaz,
Qan ağlama cox, dideyi-giryan belə qalmaz,
Gül vəxti keçər seyri-gülüstan belə qalmaz,
Hər ləhzə könül xürrəmü xəndan belə qalmaz,
Bir cam yetir, saqi, ki, dövran belə qalmaz,
Tən bir gün olur xakilə yeksan, belə qalmaz.
Soltani-cəhan olsa gedər, canə inanma,
Bir gün pozulur şövkəti-divanə inanma,
Gər aqilisən, gərdişi-dövranə inanma,
Çün baqi deyil, mülki-Süleymana inanma,
Bir cam yetir, saqi, ki, dövran belə qalmaz,
Tən bir gün olur xakilə yeksan, belə qalmaz.
Yüz mövsümi-xoş, xürrəmü bülbüllər açılsa,
Yüz baği-cəhan tazələnib, güllər açılsa,
Yüz lalə bitib, süsəni sünbüllər açılsa,
Könlün ki, açılmaz neçə müşküllər açılsa,
Bir cam yetir, saqi, ki, dövran belə qalmaz,
Tən bir gün olur xak ilə yeksan, belə qalmaz.
Əzbəs bu cəhan olsa ki, canan ola fani,
Bu işvə ilə qəddi-xuraman ola fani,
Bu gərdəni-xoş zülfi-pərişan ola fani,
Bu əhsəni-surətdə ki, insan ola fani,
Bir cam yetir, saqi, ki, dövran belə qalmaz,
Tən bir gün olur xakilə yeksan, belə qalmaz.
Ah, aldı məni dərdi-fəraqü qəmi-həsrət,
Sərməstü xərab etdi məni mayeyi-heyrət,
Bir mehrliqa yox ki, ona dil edə rəğbət,
Fövt eyləmə gəl, var ikən əldə dəmi-fürsət,
Bir cam yetir, saqi, ki, dövran belə qalmaz,
Tən bir gün olur xakilə yeksan, belə qalmaz.
Fikr etsən əgər, hər işi bir cami-bəladır,
Hər dürri-girənmayəsi min canə bəhadır,
Hər nəqşi bir ayineyi-isbati-fənadır,
Məqsudi-dü aləm yenə təhsili-rizadır,
Bir cam yetir, saqi, ki, dövran belə qalmaz.
Tən bir gün olur xakilə yeksan, belə qalmaz.
Ey xəstə Vidadi, bu cəhan bir quru səsdir.
Bir dəmdə keçər eylə ki, fəryadi-cərəsdir,
Gəl durma ki, ömrün keçib, əncami-nəfəsdir,
Bu bəzmi-fənadə bu nə həngami-həvəsdir?
Bir cam yetir, saqi ki, dövran belə qalmaz.
Tən bir gün olur xakilə yeksan, belə qalmaz