Vidadinin Qitəsi
(Vidadinin Qit əsi səhifəsindən istiqamətləndirilmişdir)
Könlümü Müəllif: Mir Möhsün Nəvvab Tərcüməçilər: Nəsrəddin Qarayev, Əkrəm Bağırov |
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018. |
Ey həmdəmim, səni qana qərq eylər,
Gəl tərpətmə yaralanmış könlümü,
Ayrı düşmüş vətənindən, elindən,
Həmdərdindən aralanmış könlümü.
Fələk saldı dürlü-dürlü odlara,
Şan-şan olmuş, paralanmış könlümü.
Yenə qəm səməndin mindi, yollandı,
Heç bilmənəm barəlanmış könlümü.
Rövşən etməz üzün, günəş bərq eylər,
Bu möhnətdə qaralanmış könlümü.
Çox təbibə şərh elədim dərdimi,
Heç görmədim çaralanmış könlümü.
Vidadiyəm, xəstə gözüm mərdümi,
İtirmişəm yaralanmış könlümü.