Vidadinin Vaqiflə zarafatı
Eylərsən Müəllif: Mir Möhsün Nəvvab Tərcüməçilər: Nəsrəddin Qarayev, Əkrəm Bağırov |
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018. |
Vaqif, sənəmlərdən nə tez usandın,
Birin bir inəyə qiymət eylərsən.
Hələ sonra keçiyə də edərsən,
Alsa müştəriyə minnət eylərsən.
İpin dolaşıbdır ara yatıya,
Oğul olsa dəxi baxmaz atıya,
Birin də mən alım ölkən** çatıya.
Əgər qayırmağa möhlət eylərsən.
Sifariş etmişdin qələbəyiyə,
Ki, sən göz-qulaq ol bizim dügiyə
Müştəri doludur budur bəgiyə,
Necə ki, kefindir ləzzət eylərsən.
Biz də təşrif buyurmuşduq bağadan,
Eşittik kirabm Nəsib ağadan,
Mən ha bilməz idim ta bu çağadan,
İndi bildim hünər, cürət eylərsən.