Vikimənbə:Səhifə silmə kriteriyaları
Kitab və ya mətnin silinməsi təklifi
redaktəKitaba və ya mətnə {{Sil}} şablonu əlavə etməzdən öncə onun tarixçəsinə və müzakirə səhifəsinə baxmaq vacibdir. Ola bilsin ki, mətnin silinməsi ilə bağlı təkliflər əvvəllər də olmuşdur. Lakin ümumi razılıq nəticəsində saxlanmasına qərar verilmişdir. Tarixçə səhifəsinə baxmaqla bəzən məlum olur ki, mətn əvvəllər VikiMənbə qaydalarına uyğun hazırlanmışdır. Lakin digər istifadəçinin "redaktəsi" nəticəsində pis hala salınmışdır.
Əgər məqalənin silinməsi ilə əlaqədar əvvəllər heç bir təklif edilməyibsə və ya saxlanması ilə əlaqədar verilmiş arqumentlər sizə yetərli görünmürsə məqaləyənin silinməsini təklif edə bilərsiniz.
Müzakirə edilmədən silinən mətnlər
redaktəMüzakirə edilmədən silinən mətnlər aşağıda göstərilən şərtləri ödəməlidir:
- Müəlliflik hüququnu pozan mətnlər;
- Reklam və spam xarakterli mətnlər;
- Boş mətnlər;
- Vandalizm nəticəsində yaradılmış mətnlər;
- Məqalə başlığı səhv yazılmış yönləndirilən mətnlər;
- Eyni və ya çox yaxın məzmuna malik başqa mətnin mövcud olması;
- Digər dillərdə yazılmış mətnlər.
Silinməsi müzakirə tələb edən mətnlər
redaktəHəqiqətə uyğunluğu
redaktəMətnin silinməsinə səbəblərdən biri də oradakı informasiyanın həqiqətə uyğun olmamasıdır. Bu zaman mətnin bütün informasiyası və ya mətnin çoxluğu şübhə yaradarsa silinə bilər. Əgər mətnin müəyyən bir hissəsindəki mətn şübhə yaradırsa məqalənin silinməsini təklif etmək düzgün deyil. Məqalədəki informasiyanın həqiqi olması ilə bağlı şübhələrə son qoymaq üçün yeganə üsul - həmin informasiyaya etibarlı mənbələrdən istinad əlavə etməkdir.