Vikimənbə:Təhqir, təhdid və aqressiyaya yol verilməməlidir
Vikimənbədə baş verən bütün müzakirələr yalnız Vikimənbənin inkişafı naminə olmalıdır. Müzakirələrin sonunda konsensus əldə edilməlidir. Odur ki, şəxsi müstəviyə keçən bər hansı bir müzakirə Vikimənbənin ruhuna ziddir. İstifadəçinin digər istifadəçiyə qarşı pis münasibəti müzakirələrdə əks oluna bilməz.
- Müzakirə zamanı digər istifadəçilərə qarşı təhqir, rişxənd, istehza, özünü böyük tutma, böhtan dolu yazılarla çıxış edən istifadəçinin fəaliyyəti dayandırılmalıdır.
- Müzakirələrdə müəllif deyil, məqalə müzakirə edilməlidir.
- Etirazlar yalnız müzakirə olunan səhifədəki məsələlərlə bağlı olmalıdır.
- Şəxsi münasibətlər və təhqirlər Vikimənbənin ümumi işinə xələl gətirir və digər istifadəçiləri işlərindən yayındırır.
Hər bir istifadəçi layihədə normal işgüzar əhval-ruhiyyənin yaradılmasına xidmət etməlidir. Müzakirələr zamanı istifadəçiyə təzyiq göstərmək, keçmiş müzakirələri yada salaraq Vikimənbəyə yaraşmayan ab-hava yaratmaq qadağandır və istifadəçinin cəzalanmasına səbəb ola bilər.
Vikimənbədə fəaliyyət göstərən hər bir istifadəçinin fəaliyyəti Vikimənbənin ümumi nüfuzuna təsir edir. Qayğıkeş olun, nizam-intizama xidmət edin, istifadəçilərin ləyaqətinə hörmət edin.
Müzakirələr zamanı şəxsi zəmində təhqiredici və alçaldıcı replikaların istifadəsi qəti qadağandır.
Bu hal müşahidə olunarsa istifadəçi ilkin müzakirə aparmadan dərhal uzunmüddətli və ya qeyri-müəyyən müddətə bloklana bilər.
Unutmayın ki, bütün yazılara, hətta silinmişlərə belə məqalələrin Tarixçə bölməsindən izləmək mümkündür.
Təhdidlər
redaktəDigər istifadəçiləri aşağıdakılarla təhdid etməyin:
- hüquqi nəticələrlə (və ya məhkəmə ilə);
- fiziki güclə;
- Vikimənbə istifadəçisinin hökumət, işəgötürən və ya digər şəxs və ya təşkilat tərəfindən siyasi, dini, yaxud digər təqiblərə məruz qalması ilə nəticələnən hərəkətlərlə.
Bu cür təhdidlərə yol verən istifadəçi xəbərdarlıqsız və ilkin müzakirə aparmadan dərhal uzunmüddətli və ya qeyri-müəyyən müddətə bloklana bilər.
İstifadəçilərə hücum və ya onların şəxsiyyətlərinin alçalması
redaktəAşağıdakılar istifadəçilərə hücum və ya onların şəxsiyyətlərinin alçalması hesab edilir:
- istifadəçinin məqalə yaza bilmək qabiliyyətinin olmamasını yazmaq;
- istifadəçinin Vikimənbəyə layiq olmamasını yazmaq;
- istifadəçinin yaşı, cinsi, milli mənsubiyyəti, dini, mənsub olduğu sosial qrup, ixtisası ilə bağlı istehzalara yol vermək və təhqir etmək;
- sübut olmadan istifadəçini yalançılıqda və ya düzgün redaktə edə bilməməkdə günahlandırmaq;
- başqa istifadəçilərin ünvanına təhqiredici yazılar yazmaq və ya özünü onlardan üstün saymaq;
- bilərəkdən istifadəçinin adını təhrif etmək;
- istifadəçinin fiziki və əqli qüsurlu olmasını bildirmək və s.
Bu cür təhdidlərə yol verən istifadəçi xəbərdarlıqsız və ilkin müzakirə aparmadan dərhal uzunmüddətli və ya qeyri-müəyyən müddətə bloklana bilər.
Yuxarıda göstərilən təhqir hallarının hansı şəraitdə baş verdiyi nəzərə alınmır. Eyni zamanda təhqir olunan şəxsin adının çəkilib, çəkilməməsi də nəzərə alınmır. Ümumi yazının məzmunundan onun hər-hansı istifadəçiyə aid olmasının bilinməsi kifayətdir.
Əgər siz şəxsi təhqirlə üzləşmisinizsə
redaktəÖzünü təhqir edilmiş hesab edən istifadəçinin idarəçilərə müraciət etməsi məsləhətdir. İlk növbədə istifadəçinin həqiqətən də təhqir olunması təyin olunmalıdır. Əgər təhqir faktı varsa, təhqir edən şəxs üzr istəməlidir. Əgər təhqir edən şəxs günahkar olduğunu etiraf etmirsə və ya müraciətlərə cavab vermirsə Vikipediya qaydalarına uyğun olaraq idarəçi tərəfindən cəzalndırılır.
Əgər idarəçilər təhqir faktını qəbul etmirlərsə və ya qəbul etsələr də hər-hansı səbəb gətirərək təhqir edəni cəzalandırmaqdan boyun qaçırırlarsa, istifadəçi "Vikimənbə:Kənd meydanı" səhifəsinə müraciət edərək, problemi müzakirəyə çıxara bilər. Əgər sübut olunsa ki, istifadəçi günahkar olduğu halda idarəçi tərəfindən bilərəkdən cəzalandırılmayıb, o halda həmin idarəçiyə xəbərdarlıq edilməli və fəaliyyəti nəzarətə götürülməlidir.
Şəxsi təhqirlərin silinməsi
redaktəMüzakirələr zamanı söyüş xarakterli şəxsi təhqirlər, digər istifadəçilər tərəfindən silinə bilər. Amma bu şərtlə ki, silinmiş mətnin yerində "Şəxsi təhqir olduğuna görə silinmişdir" sözləri yazılmış olsun.
Yalan və saxtalaşdırma
redaktəAşağıdakılar Vikipediya qaydalarının ciddi pozulması kimi hesab edilir:
- Təhqiramiz ifadə yalnız söyüş xarakterli olarsa, həmin ifadə silinə bilər və redaktə zamanı qısa məzmunda "Şəxsi təhqir olduğuna görə silinmişdir" ifadəsi qeyd olunmalıdır. Təhqiramiz ifadə söyüş olmazsa, istifadəçinin onu silməsi vandalizm kimi dəyərləndirilir.
- Müzakirələrdə başqalarına aid fikirlərin dəyişdirilməsi üçün qəsdən onların yazdıqlarına düzəlişlərin edilməsi, həmin mətnlərin silinməsi və ya başqasının adından məlumatın yazılması.
- Digər istifadəçilərin adlarının bilərəkdən dəyişdirilməsi və həmin istifadəçilərin şəxsi səhifələrinin surətlərinin yaradılması, onların adından müzakirələrdə iştirak edilməsi, redaktələrin aparılması.
- Anonim olaraq müzakirələrdə iştirak edilməsi və vikimənbədən şəxsə və ya qurumlara hücum predmeti olaraq istifadə edilməsi.
Qeyd: Xoş məramla verilən həvəsləndirici ulduz və başqa tip mükafatlar, eləcə də istifadəçinin xahişi ilə onun xüsusi səhifələrində edilən estetik dəyişikliklər "vandalizm" hesab edilmir.