Vikimənbə:Terminlər
(Vikimənbə:Tr səhifəsindən istiqamətləndirilmişdir)
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Admin - Administrator sözünün qısa forması
- Administrator - Səhifələri silmək, onları mühafizə etmək, mühafizəli məqalələrə redaktələr etmək və həmçinin digər istifadəçiləri bloklamaq və ya onları blokdan çıxarmaq üçün texniki imkanlara malik olan istifadəçi. Qaydalara əsasən məqalələrin redaktəsi, mübahisələr zamanı onlar digər istifadəçilər üzərində heç bir üstünlüyə malik deyillər. İstifadəçilərə administrator statusunu digər istifadəçilərin dəstəyi (səsvermə) nəticəsində Bürokratlar verirlər. Üzərinə düşən funksiyanı yerinə yetirməkdə çətinlik çəkdikdə və ya səlahiyyətlərində öz məqsədləri üçün istifadə etdikdə cəmiyyətin qəbul etdiyi qərara (səsvermə) əsasən stüardlar və ya Arbitrlər Komiteti tərəfindən geri alına bilər.
- Administrator xəstəliyi - Aşağıda bax: Vikimənbə:İstifadəçi xəstəlikləri
- AK - Arbitrlər Komiteti sözünün qısa forması. Həmçinin bax - Vikimənbə:Arbitr Komiteti.
- Akkaunt - İstifadəçi hesabı.
- Aktiv istifadəçi - Vaxtaşırı Vikimənbənin təkmilləşməsində iştirak edən istifadəçi.
- Arbitr - Arbitrlər Komitetinin üzvü.
- Arbkom - Arbitrlər komiteti sözünün qısaldılmış forması
- Arbitrlər Komiteti - Cəmiyyətin seçdiyi beş üzvdən ibarət komitet. Onlar istifadəçilər arasında yaranmış olan mübahisələrin həllində, qaydaların mübahisəli məqamlarının izahında, administratorların və bürokratların səlahiyyətlərinə xitam verilməsi prosesində iştirak edirlər. Arbkomlar əsasən aktiv istifadəçiləri çox olan Vikimənbələrdə mövcuddurlar. Həmçinin bax- Vikimənbə:Arbitrlər Komiteti.
- Anonim, Anonimus - qeydiyyatdan keçməmiş və ya özünü sistemə təqdim etməmiş istifadəçi, əsasən IP ünvanı vasitəsilə tanınırlar.
B
redaktə- Batiskaf
- Bugzilla - Vikimənbə mühərriyindəki səhvləri tapmaq üçün sayt.
- Bloklama - İstifadəçilərin Vikimənbənin redaktəsinə texniki vasitələrin köməyi ilə bağlanması. Bloklamanı administratorlar qaydaları ardıcıl olaraq pozmuş və ya az miqdarda kobud səhvlərinə görə istifadəçilərə tətbiq edə bilərlər. Daha ətraflı bax- Vikimənbə:Bloklama qaydası.
- Bloklama müharibələri - Administratorların öz aralarında konsensusa gələ bilməyib bəzi istifadəçiləri bloklamaları və daha sonra digər administrator tərəfindən blokun götürülməsi.
- Bot - Təkrarlanan, sadə funksiyaları yerinə yetirmək üçün xüsusi proqram. Daha ətraflı bax- Vikimənbə:Bot
- Botçu - bota sahiblik edən istifadəçi.
- Bürokratlar - digər istifadəçilərə administratorluq hüququ verməyə (amma geri ala bilmə səlahiyyəti olmayan) həmçinin istifadəçi adını dəyişmə və bot bayrağı verməyə texniki imkanları olan istifadəçilərə deyilir. Bax- Vikimənbə:Bürokrat
- Bərpa -rahil əvvəlcədən silinmiş olan məqalənin (şablon, kateqoriya, şəkil və s.) öz tarixçəsi ilə birlikdə yenidən yaradılması. Silmə kimi bərpaetməni də administratorlar yerinə yetirirlər.
C
redaktə- Cəmiyyət – Bütün Vikimənbə istifadəçiləri (anonim istifadəçilərdən styuardlara qədər) nəzərdə tutulur.
- Commons - Wikimedia Commons sözünün qısaldılmış şəkildə deyilişidir. Wikimedia Commons layihəsi Azərbaycan dilində Vikimənbə adlandırılsa da istifadəçilər arasında Commons deyilir.
Ç
redaktə- Çekyuzer və ya təftişçi (en.ChacUser) – əslandırılmış müraciət əsasında istənilən istifadəçinin kuklalarının olub olmamasını İP ünvanlara görə yoxlayan, texniki imkanlara malik istifadəçidir.
D
redaktə- Dəqiqləşdirmə - Daxilində bir neçə başqa eyniadlı məqalələrin adlarına izah verən və bu məqalələrə keçidi olan Vikimənbə səhifəsi. Bu cür səhifələrdə sonda xüsusi şablon (Şablon:Dəqiqləşdirmə) olur.
- Disambiq (en. disambiguatin) - Bax dəqiqləşdirmə
- Diff - edilmiş dəyişikliyin tarixini, kim tərəfindən edildiyini və hansı dəyişikliklərin edildiyini göstərən səhifələrə deyilir. Həmçinin bax- Vikimənbə:Diff.
E
redaktə- Eyni zamanda redaktə - Eyni bir mətn üzərində işləyən müxtəlif iştirakçıların redaktəni eyni zamanda etməsi.
- Ekzopediyaçı (en.Eczopeding, ru.Экзопеди́ст) – Vikimənbə cəmiyyətinin həyatında, yəni müzakirələrdə az iştirak edərək, Vikimənbəyə ayırdığı bütün zamanını yalnız mətnlərin redaktəsinə sərf edən istifadəçidir.
Ə
redaktəF
redaktə- Fair Use (FU) - Müəyyən şərtlər daxilində müəllif hüquqları ilə qorunmuş olan məlumatların istifadəsi. Daha geniş məlumat üçün bax- İnsaflı istifadə.
- FSF (en. Free Software Foundation) – azad proqram təminatı fondudur və GNU layihəsinin əsas təşkilatçı sponsorudur. Riçard Stollmen tərəfindən yaradılan FSF azad proqram təminatı hərəkatını və GNU layihəsini dəstəkləmək məqsədi daşıyır.
G
redaktə- GFDL - Vikimənbədə dərc edilmiş mətnlərin yayılması üçün lisenziya müqaviləsi. Daha geniş məlumat üçün bax- GFDL
- GPL - Azad təminatlı proqramlar üçün lisenziya müqaviləsi. Daha geniş məlumat üçün bax - GNU Genral Public License
Ğ
redaktəH
redaktəX
redaktəI
redaktəİ
redaktə- İkiqat istiqamətləndirmə - İstiqamətləndirmə səhifəsinin məqalənin özünə yox ona istiqamətlənmiş olan başqa bir istiqamətlənmə səhifəsinə keçid verməsi.
- İnkluzionizm - Vikimənbənin iştirakçıları arasında hər bir məqalənin əhəmiyyətindən asılı olmayaraq saxlanılmasını tələb edən cərəyan. Bu cərəyanın əksi (udalizm) cərəyanıdır.
- İnterviki (en. Interwiki) - Vikimənbənin digər dillərdəki versiyalarına və ya digər layihələrinə keçidlər. Həmçinin bax- Vikimənbə:İnterviki
- İnfoboks (en. infobox) - İnformasiya cədvəlinin hansı elmi sahəyə aid olduğunu müəyyənləşdirən şablon.
J
redaktəK
redaktə- Kateqoriya - Əlifba siyahısı üzrə eyni bir sahəyə aid olan məqalələrin yığılması. Kateqoriyaya keçid məqalənin sonunda, intervikilərdən öncə göstərilir.
- Komitəçi - Arbitr və ya Arbitrlər Komitetinin üzvü mənasını verir
- Kommons - Wikimedia Commons Azərbaycan dilində qeyri-rəsmi adı. Bax Vikimənbə
- Konsensus - İstifadəçilər arasında məqalənin məzmunu, layihənin inkişafı və ya başqa məsələlərdə ümumi razılığa gəlinməsi. Əksər hallarda siyasi, tarixi, dini mövzularda olan məqalələrdə həmçinin ayrı-ayrı istifadəçilərin inadı və öz mövqelərini digərlərin mövqeyindən üstün tutmaq istəməsi nəticəsində əldə etmək çətin olur.
- Kopivno (en. copyright violation-"müəllif hüquqlarının pozulması" və ya en. copy version in original-dəyişikliksiz köçürmə) - Müəllif hüquqları ilə qorunmuş olan yazıların dəyişiklik etmədən Vikipediyaya köçürülməsi. Vikimənbədə bu cür məqalələrin olması qadağan olunmuşdur. Daha ətraflı bax Müəllif hüquqları
- Kopirayt (en. copyright) - Müəllif hüquqları
- Kukla (en. Pappet, ru. Куклa) – istifadəçinin Vikimənbədə bir-neçə dəfə müxtəlif adlarla qeydiyyatdan keçməsi nəticəsində yaranmış olan əlavə niklərdir.
- Kuklaçılıq (en. Puppet-show, ru.Kуклово́дство) – Vikimənbədə müxtəlif adlarla qeydiyyatdan keçərək kuklalar yaradan istifadəçiyə verilən addır.
- Kuklaçı - Bir və ya bir neçə virtual istifadəçi adı (kuklası) olan istifadəçi.
L
redaktəM
redaktə- Mühərrik - MediyaViki mühərriyi, Vikimənbə saytlarını işlədən mühərrik
- Meta – MetaWiki (http://meta.wikimedia.org) layihəsinin qısaldılmış adıdır.
N
redaktə- NPOV - bax Vikimənbə:Neytral Baxış
- Nik - virtual istifadəçi adı
O
redaktə- Orden (en. Decorating, ru. Орден) – Vikimənbədə xidmətlərinə görə hər hansı istifadəçiyə digər istifadəçilər və idarəçilər tərəfindən təqdim edilirlər. Orden istifadəçinin şəxsi səhifəsində və ya müzakirə səhifəsində qoyulur.
Ö
redaktəP
redaktə- PD - Public Domain sözünün qısa forması
- POV - Point of view, baxış nöqtəsi. Əksərən gətirilmiş bu və ya digər fikirin faktlarla uyuşmadığını və Vikimənbə:Neytral Baxış prinsiplərinə zidd olduğunu vurğulamaq üçün istifadə edilir.
- Public Domain - İctimai mülkiyyət, başqa sözlə heç bir məhdudiyyət olmadan şəkillərin və mətnlərin yayımlanması.
Q
redaktə- Qısa məzmun - Məqaləyə edilmiş növbəti dəyişiklik haqqında qısa məlumat. Bu məlumatı tarixçədə dəyişiliklərin yanlarında (məqalənin məzmununda yox) görmək olar.
- Qırmızı keçidlər - Hələ mövcud olmayan məqaləyə keçid. Məqaləni redaktə səhifəsinə istiqamətləndirilmişdir.
R
redaktə- rb (rollback qısa f.) - Geri çəkmə. Bax - Əvvəlki vəziyyəti qayıtmaq.
- rv (revert qısa f.) - Bax- Əvvəlki vəziyyəti qayıtmaq.
- rvv (revert vandalism qısa f.) - Vandalizmin geri çəkilməsi, əvvəlki vəziyyətin bərpası
- Redaktə müharibələri - İstifadəçilərin öz aralarında konsensusa gələ bilməmələri və nəticədə hər birinin məqaləni öz versiyalarına qaytarmaları. Əksər redaktə müharibələri administratorun onu mühafizə etməsi ilə yekunlaşır. Redaktə müharibəsində iştirak etmiş administratorun onu mühafizə etməyə hüququ yoxdur, konfliktə qoşulmamış administrator isə bir tərəfin maraqlarını müdafiə digər tərəfin maraqlarına isə ziyan vuraraq məqaləni mühafizə edir.
- Redaktəyə qeyd, şərh - Bax Qısa məzmun
- Redaktə konflikti - Bax Eyni zamanda redaktə.
S
redaktə- Səsvermə - Təklif olunmuş qərara cəmiyyətin üzvlərinin dəstəyini və ya qarşı olma qərarlarını almaq üçün keçirilir. Daha ətraflı bax Vikimənbə:Səsvermə
- Səhifələrin mühafizəsi - Texniki vasitələrin köməyi ilə administratorların məqalələrin redaktələrinə qadağa qoymaları. Adətən redaktə müharibələrini dayandırmaq və ya sistematik vandallıq hallarının qarşısını almaq üçün edilir.
- Seçmə məqalə - Layihə iştirakçılarının fikrinə əsasən layihənin tələblərinə daha çox uyğun gələn məqalələrə verilir və bu məqalələr nümunəvi məqalələr hesab olunurlar. Bax- Seçmə məqalələr
- Sürətli silmə - Ümumi müzakirəyə çıxartmadan administratorların məqalələri silməsi. Sürətli silməyə yalnız Vikimənbə:sürətli silmə kriteriyalarına cavab verən məqalələr silinir məs. mənasız məzmunu olan, spam olan məqalələr.
T
redaktə- Təhqir (en. Insult, ru. Оскорбле́ние) – istifadəçinin redaktələrinə və ya şəxsən özunə edilmiş kobud müraciətsir. Bu zaman təhqir edən istifadəçi idarəçilər tərəfindən müəyyən müddətə bloklanır.
- Troll – Vikimənbədə provokasiya məqsədilə məqalələr daxil edən istifadəçidır.
- Tənha və ya yetim məqalələr (en. Orphan, ru. Cирота) – digər məqalələrlə və kateqoriyalarla əlaqəsi olmayan məqalələrdirlər. Bu məqalə ilə digər məqalələri əlaqələndirmək üçün, onlara xarici və daxili keçidlərin qoyulması vaçibdir.
- Tökmə - Vikimənbədə oxşarməzmunlu informasiyanın qısa zamanda yerləşdirilməsi. Əksərən botlar vasitəsilə həyata keçirilir.
- Tarixçə - Səhifəyə edilmiş olan dəyişikliklərin kim tərəfindən və nə zaman edildiyini göstərən texniki səhifə.
U
redaktəÜ
redaktəV
redaktə- Vikimənbəço xəsətlikləri - Bəzi istifadəçilərin hərkətlərini xarakterizə etmək üçün məzəli anlayış. Daha ətaflı bax- Vikimənbə:Vikimənbəçi xastəlikləri
- Vandal - Məqsədli şəkildə məqalələrə ziyan vurmuş və ya istifadəçi səhifələrini korlamış istifadəçilər. Daha ətraflı bax- Vikipediya:Vandalizm
- Vikigörüş - real həyatda istifadəçilərin görüşməsi. Bax- Vikipediya:Vikigörüş
- Vikiməktub - Xüsusi texnologiyaların istifadəsi ilə istifadəçilərə şəxsi məktubların göndərilməsi. Bunun üçün hər bir istifadəçinin səhifəsində xüsusi səhifə var.
- Vikitətil - Vikimənbə istifadəçilərinin Vikimənbə üzərində işləməkdən müəyyən bir müddət uzaqlaşmaq üçün götürdükləri könüllü tənəffüs.
- Vikisours - Vikimənbə layihəsinin adı.
- Vikistalkinq - Bir və ya bir qrup istifadəçinin Vikilayihələrdə izlənməsi, onların əksər etdikləri dəyişikliklərə müdaxilə həmçinin onların üzərində işlədikləri məqalələrin əksərinin silinməyə namizəd kimi göstərmələri. Destruktiv fəaliyyət kimi qiymətləndirilir. Həmçinin bax- Vikimənbə:Vikistalkinq
- Vikiləşdirmə - Vikiqeydlərin köməyi ilə məqalələrin daha rahat istifadə edilə biləcəyi bir formaya salınması. Bax- Vikimənbə:Məqalələrin redaktə qaydaları
- Virtual -
- VP - Vikimənbə