Vikimənbə:Vikimənbə nədir?

(Vikimənbə:VN səhifəsindən istiqamətləndirilmişdir)


Vikimənbə — pulsuz kitabxana — mətnlərin və həmçinin istənilən dildə olan mənbə mətnlərinin tərcüməsinin açıq məzmun kitabxanasını yaratmaq üçün Vikimedia fondunun layihəsidir.

Bu səhifə Vikimənbə nədir və nə deyildir suallarına cavab tapmaq, həmçinin onun digər Vikimedia layihələrindən fərqlərini göstərmək üçündür. Bu səhifədəki qeydlər nisbətən qısadır, amma daha ətraflı qeyd olunmuş digər rəsmi prinsiplərə və təlimatlara keçidlər verilir. Prinsiplərlə bağlı müzakirələr müvafiq prinsipin müzakirə səhifəsində aparılmalıdır.

Vikimənbə - ilk olaraq Qutenberq Layihəsi üçün söz oyunu kimi Project Sourceberg adlandırılırdı — 2003-cü ilin noyabrında Vikipediya məqalələrini dəstəkləyən mətnlərin toplusu kimi yaradılmışdır. Layihə sürətlə inkişaf etdi, tərkibi 18 may 2005-ci ildə müxtəlif dillər üzrə 20 min mətnə çatdı.

2005-ci ilin avqust və sentyabr aylarında Vikimənbə müxtəlif dillər üzrə versiyalara ayrıldı.

Vikimənbənin tarixindən daha çox məlumat üçün bura baxın:

Nəyi Vikimənbəyə daxil etmək olar və olmaz?

redaktə
  • Əvvəl hər hansı müəllif tərəfindən nəşr edilmiş əsərlər
  • Orijinal mətnlərin tərcüməsi
  • Milli və ya beynəlxalq əhəmiyyətli tarixi sənədlər
  • Müəlliflərin Vikimənbədə yerləşdirilən mətnlərinin biblioqrafiyası

Əlbəttə ki, əlavə olunanlar bu siyahı ilə məhdudlaşmır.

Vikimənbəyə əlavəsinə icazə verilməyən bəzi materiallar:

  • Müəllif hüququ ilə qorunan materiallar
  • İstifadəçilər tərəfindən yaradılan orijinal materialların əlavə edilməsi
  • Riyazi məlumat, düstur və cədvəl
  • Mənbə kodu (kompüterlər üçün)
  • Statistik materiallar (seçki nəticələri kimi)

Bu Vikimənbəyə daxil olmasına icazə verilməyən nəzərə çarpan ən sadə qaydalardır. Əlbəttə, prinsip və razılaşma ilə digər mətnlərin Vikimənbəyə əlavə olunmasına qadağa qoyula bilər.

Daha ətraflı məlumat üçün bura baxın:

Dillər və tərcümələr

redaktə

Vikimənbə çoxdilli layihədir. Mətnlər və mətnlərin tərcümələri müvafiq subdomenlərdə və wikisource.org saytında bütün dillərdə açıqdır.

Azərbaycanca Vikimənbəyə aiddir:

  • Azərbaycanca orijinal mətnlər
  • Başqa dillərdəki orijinal mətnlərin Azərbaycan dilinə tərcüməsi
  • Azərbaycan dilinə tərcümə variantı ilə paralel olaraq orijinal mətnlər

Onların hamı üçün mümkün qədər əlçatan olması üçün təsnif etmək və keçid vermək vacibdir

Dillər və tərcümələr üçün ətraflı məlumat üçün baxın:

Vikimənbə və başqa Vikimedia layihələri

redaktə

Vikimənbə yoxsa Vikikitab?

redaktə

Bu layihələr arasında fərqi müəyyənləşdirmək nisbətən sadədir:

  • Vikimənbə hər hansı bir yerdə nəşr olunmuş materialları özündə saxlayır. Vikimənbəyə ictimaiyyətə açıq olan mətnlərin kitabxanası kimi baxıla bilər.
  • Vikikitaba istifadəçilərin özləri tərəfindən tərtib olunmuş təlimat materialları əlavə edilir (məsələn, dərs kitabçaları, sinif dərslikləri və sinifdə istifadə etmək üçün izahlı mətnlər).

Vikimənbə yoxsa Vikipediya?

redaktə

Vikipediya ensiklopediya, Vikimənbə isə kitabxanadır. Vikipediyada kitablar haqqında ensiklopedik məqalələr yazılır, Vikimənbəyə isə kitabın özü daxil edilir. Müəlliflərin biblioqrafiyası hər iki layihəyə əlavə edilə bilər.

Səhifələrin mühafizəsi

redaktə

Vikimedia layihələrinin çoxunda viki səhifələr həmişə inkişaf etmək üçün nəzərdə tutulub. Tipik misallar Vikipediya məqalələri və Vikikitab dərslikləridir.

Əksinə, Vikimənbə əvvəllər nəşr edilmiş dəyişdirilməyən materialların toplandığı kitabxanadır. Çox və ya əksər hallarda, bu mətnlər dəyişdirilmir və inkişaf etdirilmir, onların dəyişdirilməsi mətnə böyük zərər verə bilər! Buna görə də, Vikimənbə mətn keyfiyyətinin qeyd olunması prinsipini qəbul etmişdir, düzgün dizayn edilmiş, səhvsiz mətnlər mühafizə oluna bilər. Mühafizədən asılı olmayaraq mətn haqda edilməli olan dəyişikliklər və başqa rəylər mühafizə səhifəsində qeyd oluna bilər və əgər lazımdırsa, səhifədən mühafizə götürülə bilər.

Bu baxımdan Vikimənbə ilə Vikixəbər oxşardır. Vikixəbər layihəsində arxivləşdirilmiş xəbərlərin bütövlüyünü qorumaq üçün mühafizə edilə bilər.

Daha çox məlumat üçün:

Neytral mövqe

redaktə

Neytral mövqe (NM) Vikimedia layihələrinin hamısında olmasa da, çoxunda qəbul edilən əsas prinsipdir. Vikimənbədə NM istifaçilərin orijinal mətnin yalnız müəyyən hissələrini və ya mətnin müəyyən hissələrini vurğulayaraq əlavə etməsi olmadan orijinal mətnləri əlavə etməsini tələb edir. Orijinal mətnlərdə neytrallıq prinsipini tələb etmək olmaz.

Təqdimat və digər izahedici məlumatlar həmişə NM nəzərə alınaraq yazılmalıdır.

Müəllif hüquqları

redaktə

Müəllif hüquqları digər Vikimedia layihələrindən daha çox Vikimənbədə tətbiq olunur. Ona görə onlara ciddi əməl etmək lazımdır.

Xırdalıqlar üçün bu səhifəyə baxın: