Viveskalarımız
Müəllif: Cəfər Cabbarlı

Viveskayı türkcə yaz,
Latınca yaz, rusca yaz.
Verildi prikaz,
Yaz dedilər, yaz!
Tapıldı rəngsaz,
Verildi pul az,
Yaz dedilər yaz!
İndi buyur, lövhəyə bax,
Sözlərin hamısı dalqabaq:
"Parçaçı" olmuş "paçaçı",
"Bəzzaz" olub "baz".
Yaz dedilər yaz!
"Baqqalı" yazdi "saqqal",
"Baksayuz"u "bakmayuz";
"Azsayuz" oldu "Azsatuz",
Maşın satan "maz",
Yaz dedilər yaz!