Volqa aclarına
Müəllif: Əhməd Cavad
Mənbə: Əhməd Cavad. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb”, 2005

Gəlir Şimaldan bir aclıq səsi,
О bəxtsiz fəryadın yoxmu kimsəsi?
İdil boylannda yeni bir Tiran,
Minlərlə insana ağladıyor qan.
Bu qış həyatından qabarlı əllər,
Səadət yerinə əsiyor yellər...
Deyirlər çıxmayır kimsənin səsi.
Nə zəbanəsi, nə xoş nəğməsi...
İnsan yox, meydanda yaşayan kölgə,
Yürüyən ölüylə dolmuşdur ölkə.
Beşiklər nəşəsiz, qucaqlar boşdur,
Biçarə annələr candan olmuşdur.
Nə döşdə süd qalmış, nə qolda qüw ət,
Oxunur hər yerdə aclığa lənət!
Haqq üçün illərcə çar nişanları,
Canan yolundakı canfəşanları
Qəhr pəncəsində eyləmiş zəbun,
Qırılmış qanadı, qolu yoxsulun!
Biçarə annələr, biçarə qızlar...
Bu müdhiş qayğıya ürəklər sızlar.
İnsanhq budurmu haqq üçün söylə,
О yanda Avropa dolmuş mey ilə?!
О yanda möhtəşəm krallar, şahlar!
Bu yanda göylorə dayanmış ahlar!
Bizim boynumuzda bir ağır pəncə,
Yaxır ruhumuzu dəhşət, işgəncə!
Bir yanda hakim də böyük bir bolluq,
Bizim nəsibimiz aclıq, yoxsulluq!
Onlarda süzgündür sürməli gözlər,
Bizirn ağzımızda qurumuş sözlər!
Hər yerdə küdurət, fəryad hər yerdə,
Qapansın istəməm, bu müdhiş pərdə...