Vur şanəni ol zulfı-pərişanə dağılsın
Vur şanəni ol zulfı-pərişanə dağılsın Müəllif: Molla Zeynalabdin Sağəri |
Vur şanəni ol zulfı-pərişanə dağılsın,
Tellər tokulub cumlə biyabanə dağılsın.
Gəl vermə mənə vədeyi-vəsli, həzər eylə,
Qorxum budu kim, xalqa əfsanə dağılsın.
Cak eyləmə qətlimdə giriban uzarım,
Acma o qədər ruyini, biganə dağılsın,
Cəm eyləmə zulfu uzunə, eylə pərişan,
Qoy əbr kimi mehri-dirəxşəndə dağılsın.
Beyti-məhəni-hicridə yandı dili-zarım,
Ey vəsl, mədəd qıl ki, bu kaşanə dağılsın.
Min dil cəm olub zulfı-pərişanına mənsiz,
Qoy ah cəkim, hər biri bir yanə dağılsın.
Hicran ələmi qıldı fəramuş vusalı,
Ey Sağəri, ah eylə bu viranə dağılsın.