Yaz (Abbas Səhhət): Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
NKOzi (müzakirə | Fəaliyyətlər)
Səhifəni '<poem>O gün ki fəsli-yaz olar, Gecə, gündüz taraz olar. Havanın artar istisi, Daha soyuqluq az olar. Ərir dağın, çölün qarı, Axar dərələrə sarı. Gurultu il...' ilə yarat
(Fərq yoxdur)

09:52, 3 avqust 2011 tarixindəki versiya

O gün ki fəsli-yaz olar,
Gecə, gündüz taraz olar.
Havanın artar istisi,
Daha soyuqluq az olar.
Ərir dağın, çölün qarı,
Axar dərələrə sarı.
Gurultu ilə sel gələr,
Salar sədaya çayları.
Qaranquş ol zaman gələr,
Yenə tikər yuvasını,
Qonar yaşıl ağaclara,
Oxur gözəl havasını.