Kəl Həsənin nağılı: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Səhifəni 'Bəndərpuş vilayətində Əhməd adında kasıb bir kişi olurdu. Bunun bircə arvadından başqa heç kəsi yox idi. Yazıq kişi azara düşüb daha oduna gedə bilmə...' ilə yarat
 
Redaktənin izahı yoxdur
 
Sətir 1:
{{Başlıq
| başlıq = Kəl Həsənin nağılı
| keçidsiz müəllif = [[Portal:Şifahi xalq ədəbiyyatı|Şifahi xalq ədəbiyyatı]]
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər =
}}
Bəndərpuş vilayətində Əhməd adında kasıb bir kişi olurdu. Bunun bircə arvadından başqa heç kəsi yox idi.
Yazıq kişi azara düşüb daha oduna gedə bilmədi. Əhmədin arvadı Nisə gördü ki, Əhməd yorğan-döşəyə düşüb, evdə də yeməyə əppəkləri yoxdu, ərindən gizlin götürüb baltanı üz qoydu meşəyə ki, odun qırıb bazara satsın, bəlkə axşama əppək pulu düzəldə bilsin. Nisə çatıb meşəyə, o ki vardı odun qırandan sonra böyük şələ odun bağlayıb, götürüb qoydu yolun ortasına. Nisə bərk acımışdı, əlin atıb armud ağacından bir neçə armud dərib nuşcanlıqla yedi. Armudu yeyəndən sonra Nisəyə bərk susuzluq üz verdi. Durub endi bulağa, doyunca su içib əlin-üzün də yudu. Durub gəldi ki, odun şələsini götürüb getsin, gördü ki, şələnin üstündə bir gözəl quş oturub. Öz-özünə dedi: yaxşı oldu, tutub öldürərəm, ətini də xörək bişirərəm. Nisə yerdən bir daş götürüb atdı quşa. Quş qanad çalıb şələnin üstündən qalxanda bir iri yumurta salıb qalxdı havaya. Nisə tez yüyürüb yumurtanı götürdü. Yumurtanın qabığı o qədər nazik idi ki, davam eləməyib əzildi. Yumurtaya hayıfı gəlib çəkdi başına. İçən kimi şirinliyindən ciyəri alışıb başladı yanmağa. Tez enib bulağa doyunca su içdi, səriyib odun şələsin dalına, evə gəldi. Şəhərə çatan kimi istədi ki, dönüb getsin bazara, yolu yarı eləməmişdi ki, elə bir sancı bunu tutdu ki, gözləri çaxmaq çaldı. Başı gicəllənib ürəyi bulandı, ancaq yenə də bir təhərnən durub gəldi evə. Əhməd durub çıxdı arvadının qabağına, dedi:
Sətir 202 ⟶ 213:
Kəl Həsən durub gəldi padşahın məclisinə. Süfrə döşənib yeməkdə olsunlar, bir neçə tikə Kəl Həsən xörəkdən yeyən kimi dil-dodağı alışıb yandı. Padşah əmr verdi ki, Kəl Həsəni götürüb atsınlar yeddi dağın dalına. Otuza kimi əsgər gəlib Kəl Həsəni götürüb atdılar dərələrin birinə çıxıb gəldilər. Al xəbəri Simurq quşundan.
Simurq göynən gedirdi, gördü ki, dərə içində bir şey ağarır. Tez enib aşağı gördü ki, bir pəhləvandı. Simurq bildi ki, bunu zəhərləyiblər. Başladı Kəl Həsənin ağzını yalayıb, zəhərin çəkməyə. Bir az süd əmizdirib Kəl Həsənin ağzına, Kəl Həsəni ayıltdı. Kəl Həs özünə gəlib gördü ki, dar bir dərənin içindədi. Tez bildi ki, iş nə yerdədi. Simurqun qanadından öpüb pay-piyadə gəlib çıxdı Bəndərpuşa. Çəkib qılıncı nə ki padşah qoşunu var, ləşkəri var, qırıb çatdı. Gəlib otaqların birinə, gördü ki, padşahla vəzir qorxularından giriblər taxçaya. Əl atıb padşahla vəzirin boğazından elə vurdu yerə ki, tikələri tazıya çatmadı. Alıb Pəri xanımı götürüb gəldi. Bəndərpuş əhli belə gücü Kəl Həsəndə görəndə istədilər Kəl Həsəni padşah tikələr. Kəl Həsən razı olmadı. Kəl Həsən bir nəfər adam tapıb padşah tikdi. Yeddi gün, yeddi gecə toy eləyib Şərəf xanımla, Pəri xanımı aldı. Bəndərpuş xalqı keyf çəkib asudə yaşadılar.
[[Kateqoriya:Azərbaycan nağılları]]