Bibliya/Çıxış Kitabı: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 433:
10 Yetro dedi: «Sizi Misirlilərin və fironun əlindən qurtaran Rəbbə alqış olsun! Xalqı Misirlilərin əlinin altından qurtaran Odur. 11 İndi bildim ki, Rəbb bütün allahlardan böyükdür, çünki onların öyündüklərindən də üstün oldu». 12 Sonra Musanın qayınatası Yetro Allaha yandırma və ünsiyyət qurbanları gətirdi. Harun ilə İsrail övladlarının bütün ağsaqqalları Musanın qayınatası ilə Allahın hüzurunda yemək yeməyə gəldilər.

Yetronun nəsihəti (Qanun. 1:9-18)
(Qanun. 1:9-18)

13 Ertəsi gün Musa oturub xalqa hakimlik edirdi. Xalq da səhərdən axşamadək Musanın ətrafında dayanmışdı. 14 Qayınatası Musanın xalq üçün nə etdiyinə baxıb dedi: «Nə üçün bu xalqa belə edirsən? Niyə sən tək oturursan və bütün xalq səhərdən axşamadək ətrafında dayanıb gözləyir?» 15 Musa qayınatasına dedi: «Ona görə ki xalq Allahdan soruşmaq üçün mənim yanıma gəlir. 16 Həll olunmalı məsələləri olan adamlar yanıma gələndə aralarında qərar çıxarıram. Allahın qayda-qanunlarını da onlara bildirirəm».
Sətir 458 ⟶ 457:

== 20 ==
Allahın on əmri (Qanun. 5:1-21)
(Qanun. 5:1-21)

1 Allah bütün bu sözləri belə söylədi: 2 «Səni Misir torpağından, köləlik diyarından çıxaran Allahın Rəbb Mənəm.
Sətir 483 ⟶ 481:
17<ref>Rom. 7:7; 13:9</ref> Heç kimin evinə tamah salma. Heç kimin arvadına, quluna, qarabaşına, öküzünə, eşşəyinə – heç bir şeyinə tamah salma».
Xalqın qorxusu
(Qanun. 5:22-33)
(Qanun. 5:22-33)

18<ref>İbr. 12:18-19</ref> Bütün xalq göy gurultusunu, şimşəkləri, şeypur səsini, dağın tüstülənməsini eşidib görəndə qorxub sarsıldı və uzaqda durdu. 19 Musaya dedilər: «Sən bizimlə danış, biz də eşidək. Qoy Allah bizimlə danışmasın, yoxsa ölərik». 20 Musa xalqa dedi: «Qorxmayın, Allah ona görə gəlib ki, sizi sınağa çəksin və siz günah etməmək üçün Onun qorxusu qarşınızda olsun». 21 Xalq uzaqda duranda Musa orada Allahın olduğu qatı qaranlığa yaxınlaşdı.
Sətir 495 ⟶ 492:
1 Sən onların qarşısına bu hökmləri qoymalısan:

İbrani qullar
(Qanun. 15:12-18)
(Qanun. 15:12-18)

2<ref>Qanun. 15:12</ref><ref>Lev. 25:39-46</ref> Sizdən biri İbrani qul alarsa, o qul altı il qulluq edib yeddinci il pulu ödəmədən azad olunsun. 3 Əgər qulun tək gəlib, qoy tək də getsin; yox, əgər arvadı vardısa, qoy arvadı ilə getsin. 4 Əgər qul sahibi quluna arvad veribsə və qulun arvadı oğlan yaxud qız doğubsa, arvadla uşaqları ağası üçün qalsın. Qul isə tək getsin. 5 Lakin qul təkidlə: “Ağamı, arvadımla uşaqlarımı sevirəm və azad olmaq istəmirəm” desə, 6 onda qoy qulun ağası onu məbədə – Allahın hüzuruna gətirsin. Qulunu qapıya yaxud qapının yan taxtasına söykəyib qulağını bizlə deşsin. Bu qul ağasına ömürlük qulluq etsin.
Sətir 576 ⟶ 572:
9<ref>Çıx. 22:21; Lev. 19:33-34; Qanun. 24:17-18; 27:19</ref> Qəribə zülm etmə. Siz də qəribliyi hiss etmisiniz, çünki özünüz də Misir ölkəsində qərib idiniz.

İstirahət vaxtları və bayramlar (Çıx. 34:18-26; Qanun. 16:1-17)
(Çıx. 34:18-26; Qanun. 16:1-17)

10<ref>Lev. 25:1-7</ref> Altı il torpağınızı əkin və məhsulunu yığın. 11 Yeddinci il ona əl dəyməyin ki, xalqınızdan olan möhtaclar oradan yesin. Onlardan artıq qalanı isə çöl heyvanları yesin. Üzüm və zeytun bağlarınızda da belə hərəkət edin.
Sətir 613 ⟶ 608:

== 25 ==
Müqəddəs məskən üçün ianələr (Çıx. 35:4-9)
(Çıx. 35:4-9)

1 Rəbb Musaya dedi: 2 «Mənə ianələr gətirmək barədə İsrail övladlarına belə söylə: könlü istəyən hər bir adamdan ianəni qəbul edin. 3 Onlardan qəbul edəcəyiniz ianələr budur: qızıl, gümüş, tunc, 4 bənövşəyi, tünd qırmızı və al rəngli iplik, incə kətan, keçi yunu, 5 qırmızı boyanmış qoç dəriləri, suiti dəriləri, əbrişim ağacı, 6 çıraq üçün zeytun yağı, məsh yağı və ətirli buxur üçün ətriyyatlar, 7 efodla döşlüyün üstünə taxılan damarlı əqiq və sağanaq daşları.
Sətir 620 ⟶ 614:
8 Mənim üçün Müqəddəs məkan düzəltsinlər ki, aralarında məskunlaşım. 9 Mənim məskənimi və onun bütün avadanlığını göstərdiyim nümunələrə görə düzəldin.

Əhd sandığı
(Çıx. 37:1-9)
(Çıx. 37:1-9)

10 Qoy əbrişim ağacından sandıq düzəltsinlər: uzunluğu iki qulac yarım, eni qulac yarım, hündürlüyü qulac yarım olsun. 11 Onu içəridən və bayırdan xalis qızılla ört, ətrafına qızıl zolaq qoy. 12 Sandıq üçün dörd tökmə qızıl halqa düzəlt və onları onun dörd ayağına, iki halqanı bir yanına, iki halqanı isə o biri yanına bərkit. 13 Əbrişim ağacından şüvüllər düzəlt və üzərini qızılla ört. 14 Sandığı daşımaq üçün şüvülləri sandığın yanlarındakı halqalara keçir. 15 Şüvüllər sandığın halqalarında qalıb oradan ayrılmasın. 16 Sənə verəcəyim şəhadət lövhələrini sandığın içinə qoy.
Sətir 627 ⟶ 620:
17 Xalis qızıldan kəffarə qapağını düzəlt. Qoy uzunluğu iki qulac yarım, eni isə qulac yarım olsun. 18 Kəffarə qapağının hər iki ucu üçün yastılanmış qızıldan iki keruv düzəlt. 19 Bir keruv qapağın bir ucunda, o birisi isə o biri ucunda olaraq qapağın iki ucunda olan keruvlar düzəlt ki, onunla bir hissədən olsun. 20 Keruvlar yuxarıya açılmış qanadları ilə kəffarə qapağını örtsünlər. Keruvların üzləri bir-birinə qarşı qapağa doğru olsun. 21 Kəffarə qapağını sandığın üstünə qoy; sənə verəcəyim şəhadət lövhələrini isə sandığın içinə qoy. 22 Orada kəffarə qapağının üzərində, Şəhadət sandığının üstündəki iki keruv arasında səninlə görüşəcəyəm və İsrail övladları üçün sənə əmr edəcəyim hər şeyi söyləyəcəyəm.

Təqdis çörəkləri üçün masanın quruluşu
(Çıx. 37:10-16)
(Çıx. 37:10-16)

23 Əbrişim ağacından bir masa düzəlt: uzunluğu iki qulac, eni bir qulac, hündürlüyü isə qulac yarım olsun. 24 Onu xalis qızılla ört. Ətrafına qızıl zolaq qoy. 25 Ətrafında eni bir ovuc olan yan lövhələri düzəlt. Yan lövhələrin ətrafına da qızıl zolaq qoy. 26 Masa üçün dörd qızıl halqa düzəlt, halqaları onun dörd küncünə, dörd ayağına bərkit. 27 Halqalar yan lövhələrə yaxın olaraq masanı aparan şüvüllərin keçdiyi yerlər olsun. 28 Şüvülləri əbrişim ağacından düzəlt və onları qızılla ört; masa onların vasitəsi ilə aparılsın. 29 Masa üçün xalis qızıldan sinilər və nimçələr, içmə təqdimlərini tökmək üçün dolçalar və piyalələr düzəlt. 30 * Daima Mənim hüzurumda masanın üstünə təqdis çörəkləri qoy.

Qızıl çıraqdan
(Çıx. 37:17-24)
(Çıx. 37:17-24)

31 Xalis qızıldan bir çıraqdan düzəlt. Bu çıraqdan yastılanmış qızıldan olmalıdır. Altlığı, gövdəsi, kasacıqları, qönçələri və gülləri onunla bir hissədən olsun. 32 Çıraqdanın yanlarından altı budaq – onun bir yanından üç budaq, o biri yanından da üç budaq çıxsın. 33 Hər bir budağında badam çiçəyinə bənzər üç kasacıq, qönçə və gül olsun. 34 Çıraqdanın gövdəsində isə badam çiçəyinə bənzər dörd kasacıq, qönçə və gül olsun. 35 Çıraqdanın gövdəsindən çıxan altı budağın bir cütünün altında bir qönçə, o biri cütünün altında bir qönçə, o birinin də altında bir qönçə olsun. 36 Qönçələr və budaqlar onunla bir hissədən ibarət olsun; hamısı eyni hissədən, yastılanmış xalis qızıldan olsun. 37 Onun üçün yeddi çıraq düzəlt və çıraqları onun üstünə qoy ki, qabaq tərəfinə işıq salsın. 38 Maşaları və xəkəndazları da xalis qızıldan olsun. 39 Çıraqdan və onun bütün avadanlığı bir talant xalis qızıldan düzəldilsin. 40 * Dağda sənə göstərilən nümunəyə görə bunların hamısını ehtiyatla düzəlt.

== 26 ==
Müqəddəs məskən
(Çıx. 36:8-38)
(Çıx. 36:8-38)

1 Müqəddəs məskəni on pərdədən düzəlt. Pərdələri nəfis toxunmuş incə kətandan, bənövşəyi, tünd qırmızı və al rəngli iplikdən, üstünü isə keruvlar şəklində naxışla düzəlt. 2 Hər pərdənin uzunluğu iyirmi səkkiz qulac, eni isə dörd qulac olsun. Qoy bütün pərdələr bir ölçüdə olsun. 3 Pərdələrdən beşi bir-birinə birləşdirilsin, digər beşi də bir-birinə birləşdirilsin. 4 Bir birləşmənin ucunda olan pərdənin kənarında bənövşəyi ilgəklər düzəlt, o biri birləşmənin ucunda olan pərdənin kənarında da eyni şəkildə ilgəklər düzəlt. 5 Bir pərdəyə əlli ilgək, o biri birləşmədəki pərdənin kənarında onlara uyğun gələn əlli ilgək düzəlt. 6 Qızıldan əlli bənd düzəlt. Bəndlərlə pərdələri bərkit və çadırı birləşdir ki, məskən bütöv olsun.
Sətir 656 ⟶ 646:

==27 ==
Yandırma qurbanı üçün qurbangah
(Çıx. 38:1-7)
(Çıx. 38:1-7)

1 Qurbangahı əbrişim ağacından düzəlt. Qoy dördbucaq şəklində olub uzunluğu beş qulac, eni də beş qulac, hündürlüyü isə üç qulac olsun. 2 Qurbangahın dörd küncündən onunla bir hissədən olan dörd buynuz düzəlt. Qurbangahın üstünü tuncla ört. 3 Oranın kül qablarını, kürəklərini, ləyənlərini, çəngəllərini, xəkəndazlarını – bütün avadanlığını tuncdan düzəlt. 4 Qurbangah üçün tuncdan torlu şəbəkə düzəlt. Torun dörd bucağında tuncdan dörd halqa düzəlt. 5 Onu qurbangahın kənarından aşağıya qoy ki, şəbəkə onun yarısına qədər yetişsin. 6 Qurbangah üçün əbrişim ağacından şüvüllər düzəlt və üstünü tuncla ört. 7 Şüvülləri halqalara tax ki, onlar qurbangahı aparan zaman onun hər iki yanında olsun. 8 Qurbangahın içi boş və taxtadan olsun. Dağda sənə göstərdiyim kimi onu düzəlt.

Müqəddəs məskənin həyəti
(Çıx. 38:9-20)
(Çıx. 38:9-20)

9 Müqəddəs məskənin həyətini düzəlt. Həyətin cənub tərəfində bir tərəf üçün uzunluğu yüz qulac olan pərdələr nəfis toxunmuş incə kətandan olsun. 10 Onların iyirmi dirəyi və iyirmi altlığı tuncdan, dirəklərin qarmaqları və bəndləri isə gümüşdən olsun. 11 Şimal tərəfi üçün də uzunluğu yüz qulac pərdə olsun; onların iyirmi dirəyi və iyirmi altlığı tuncdan, dirəklərin qarmaqları və bəndləri isə gümüşdən olsun. 12 Qərb tərəfində uzunluğu həyətin eni qədər əlli qulac pərdələr olsun. Onlar üçün on dirək və on altlıq düzəlt. 13 Şərq tərəfində də həyətin eni əlli qulac olsun. 14 Darvazanın bir tərəfi üçün üç dirəyi və üç altlığı olan uzunluğu on beş qulac pərdələr olsun. 15 O biri tərəf üçün də üç dirəyi və üç altlığı olan uzunluğu on beş qulac pərdələr olsun. 16 Həyətin darvazası üçün uzunluğu iyirmi qulac olan bənövşəyi, tünd qırmızı, al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan naxış tikməli arakəsmə, onun dörd dirəyi və dörd altlığı olsun.
Sətir 668 ⟶ 656:
17 Həyətin bütün ətraf dirəkləri gümüşlə bəndlənsin; onların gümüş qarmaqları və tunc altlıqları olsun. 18 Həyətin uzunluğu yüz qulac və eni hər yerdə əlli qulac olsun; nəfis toxunmuş incə kətandan olan pərdənin hündürlüyü isə beş qulac, altlıqları da tuncdan olsun. 19 Müqəddəs məskənin ibadəti üçün işlənən bütün avadanlığı, onun bütün payaları kimi həyətin bütün payaları da tuncdan olsun.

Kahinliyin təyin olunması
(Lev. 24:1-4)
(Lev. 24:1-4)

20 Sən İsrail övladlarına əmr et ki, işıq yandırmaq üçün sənə zeytundan çəkilmiş xalis yağ gətirsinlər. Bu yağdan çıraqlar daima 21 Hüzur çadırında, Şəhadət sandığının qarşısındakı pərdənin bayır tərəfində yansın. Harunla oğulları onu hər axşam Rəbbin hüzurunda yandırıb səhərə qədər nəzarət etsinlər. Qoy bu, nəsildən-nəslə İsrail övladları üçün əbədi qayda olsun.

== 28 ==
Kahinlərin geyimləri
(Çıx. 39:1-7)
(Çıx. 39:1-7)

1 Sən isə qardaşın Harunu və onun oğulları Nadavı, Avihunu, Eleazarı və İtamarı İsrail övladlarının arasından yanına gətir ki, onlar Mənə kahinlik etsin. 2 Qardaşın Haruna izzət və gözəllik üçün müqəddəs geyimlər hazırla. 3 Sən də hikmət ruhu ilə doldurduğum bütün məharətli ustalara Harunun təqdis olunması üçün ona geyimlərin hazırlamasını tapşır ki, o Mənə kahinlik etsin. 4 Onların hazırlayacağı geyimlər bunlardır: döşlük, efod,<ref>Efod – kahin xalatı.</ref> üst cübbə,<ref>Cübbə – qədim uzun xalat.</ref> dama-dama xirqə,<ref>Xirqə – cübbənin altından geyilən içi pambıqlı qısa geyim.</ref> çalma və qurşaq. Bu müqəddəs geyimləri qardaşın Haruna və oğullarına hazırlasınlar ki, Mənə kahinlik etsinlər. 5 Qoy geyimləri hazırlayanlar qızıl, bənövşəyi, tünd qırmızı, al rəngli iplik və incə kətan götürsünlər.
Sətir 681 ⟶ 667:
6 Efodu qızıldan, bənövşəyi, tünd qırmızı, al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan naxışla düzəltsinlər. 7 Hər iki ucunu bir-birinə bağlayan iki çiyinlik olsun ki, o bərkidilsin. 8 Efodun üstündəki kəmər eyni hissədən olsun. O da qızıldan, bənövşəyi, tünd qırmızı və al rəngli iplik və nəfis toxunmuş incə kətandan olsun. 9 İki ədəd damarlı əqiq daşı götür və üstündə İsrailin oğullarının adlarını həkk et. 10 Onların doğulma sırası ilə bir daşın üstündə altı ad, o birisinin üstündə qalan altı adı, 11 həkkakın işi olan möhür oyması kimi iki daş üstündə İsrailin oğullarının adlarını həkk et. Bunları hörmə qızıl sağanaqlara salıb, 12 bu iki daşı efodun çiyinliklərinə tax. Bunlar İsrailin oğullarının xatirə daşlarıdır; Harun onların adlarını Rəbbin önündə iki çiynində xatirə kimi gəzdirəcək. 13 Hörmə qızıldan sağanaqlar düzəlt, 14 xalis qızıldan iki ipə bənzər burma zəncir düzəlt; burma zəncirləri sağanaqlara tax.

Döşlük
(Çıx. 39:8-21)
(Çıx. 39:8-21)

15 Hökm döşlüyünü efod kimi naxışlı düzəlt. Onu qızıldan, bənövşəyi, tünd qırmızı, al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan düzəlt. 16 Döşlük ikiqat, dördbucaq şəklində olub uzunluğu bir qarış, eni də bir qarış olsun. 17 Üstündəki bir çərçivəyə dörd sıra daş tax. Birinci sıra yaqut, topaz, zümrüd 18 ikinci sıra firuzə, göy yaqut və almaz, 19 üçüncü sıra sirkon, əqiq və ametist, 20 dördüncü sıra sarı yaqut, damarlı əqiq və yəşəm daşı olsun. Bu daşlar hörmə qızıl sağanaqlara taxılsın. 21 Daşlar İsrailin oğullarının adlarına görə on iki dənə olsun; hər daş on iki qəbilədən birinin adının oyma möhürü olsun. 22 Döşlük üçün xalis qızıldan ipəbənzər burma zəncirlər qayır. 23 Döşlük üçün iki qızıl halqa düzəlt və onları döşlüyün iki ucuna tax. 24 İki qızıl ipi döşlüyün uclarındakı iki halqaya tax. 25 İplərin o biri uclarını iki hörmə sağanağa taxıb efodun çiyinliklərinin qabaq tərəfinə bağla. 26 Yenə də iki qızıl halqa düzəlt və onları döşlüyün iki ucuna, efodla yanaşı iç qatına tax. 27 Digər iki qızıl halqa düzəlt və onu efodun çiyinliklərinin qabaq tərəfinə, aşağıya, efodun kəməri ilə birləşmə üzərinə bərkit. 28 Döşlük halqaları ilə efodun halqalarına bənövşəyi qaytanla bağlanıb efodun kəmərinin üzərinə bərkidilsin ki, döşlük efoddan sallanmasın.
Sətir 688 ⟶ 673:
29 Harun Müqəddəs yerə daxil olduğu zaman Rəbbin önündə daima xatirə olaraq İsrailin oğullarının adlarını hökm döşlüyündə, ürəyinin üstündə daşıyacaq. 30 Urim və Tummimi də hökm döşlüyünə qoy ki, Rəbbin hüzuruna daxil olduğu zaman onlar da ürəyinin üstündə olsun. Beləcə Harun İsrail övladlarının hökmünü Rəbbin hüzurunda daima ürəyinin üstündə daşıyacaq.

Kahinlərin digər geyimləri
(Çıx. 39:22-31)
(Çıx. 39:22-31)

31 Efodun cübbəsini büsbütün bənövşəyi iplikdən tik. 32 Ortasında baş keçirmək üçün yer olsun. Onun kənarında cırılmamaq üçün yaxa toxunsun. 33 Cübbənin ətəyinin ətrafına bənövşəyi, tünd qırmızı və al rəngli iplikdən narlar və zınqırovlar düz: 34 cübbənin ətəyi boyunca ətrafında qızıl zınqırov və nar sıra ilə düzülsün. 35 Qoy cübbə Harun xidmət etdiyi zaman əynində olsun. Verdiyi səs də onun Müqəddəs yerə – Rəbbin hüzuruna girib-çıxdığı zaman eşidilsin ki, o ölməsin.
Sətir 700 ⟶ 684:

== 29 ==
Kahinliyin təqdis olunması
(Lev. 8:1-36)
(Lev. 8:1-36)

1 Mənə kahinlik etmək üçün onları bu qaydada təqdis et. Qüsursuz bir buğa və iki qoç götür. 2 Mayasız çörəkləri, zeytun yağı ilə yoğrulmuş mayasız kökələri və üstünə zeytun yağı sürtülmüş mayasız qoğalları narın buğda unundan hazırla. 3 Onları bir səbətin içinə qoy, buğa və iki qoçla birgə təqdim et. 4 Sonra Harunla oğullarını Hüzur çadırının girişinə gətir və onları su ilə yuyundur. 5 Geyimlərini götürüb Harunun əyninə xirqəni, efod cübbəsini, efodu və döşlüyü geyindir və efodun kəmərini belinə bağla. 6 Onun başına çalmanı, çalmaya da müqəddəslik tacını qoy. 7 Məsh yağını götürüb Harunun başına tök və onu məsh et. 8 Sonra oğullarını gətir və onlara xirqələr geyindir. 9 Haruna və onun oğullarının belinə qurşaq bağla və başlarına papaq qoy. Əbədi qaydaya görə kahinlik onların olsun. Beləcə Harunla oğullarını vəzifəyə qoy.
Sətir 721 ⟶ 704:
37 Yeddi gün ərzində qurbangah üçün kəffarə edərək onu təqdis et. Sonra qurbangah ən müqəddəs sayılacaq və ona toxunan hər şey müqəddəs olacaq.

Gündəlik təqdimlər
(Say. 28:1-8)
(Say. 28:1-8)

38 Daimi olaraq hər gün qurbangah üzərində birillik iki toğlu gətir. 39 Toğlunun birini səhər, digərini isə axşam təqdim et. 40 Birinci toğlu ilə birlikdə dörddə bir hin zeytun yağı ilə yoğrulmuş onda bir efa narın un və içmə təqdimi olaraq dörddə bir hin şərab gətir. 41 Axşamçağı təqdim etdiyin o biri toğlu ilə səhərki kimi taxıl təqdimi və içmə təqdimi gətir. Bu, Rəbbin xoşuna gələn ətirli təqdimdir. 42 Bu sizin üçün nəsildən-nəslə Hüzur çadırının girişində, Rəbbin önündə daimi yandırma qurbanı olacaq. Mən orada sizinlə görüşüb, səninlə danışacağam. 43 Orada Mən İsrail övladları ilə görüşəcəyəm; Hüzur çadırı Mənim izzətimlə təqdis olunacaq. 44 Mən Hüzur çadırını və qurbangahı təqdis edəcəyəm; Harunla oğullarını da təqdis edəcəyəm ki, Mənə kahinlik etsinlər. 45 İsrail övladları arasında məskunlaşacağam və onların Allahı olacağam. 46 Onlar da biləcəklər ki, aralarında məskunlaşmaq üçün onları Misir torpağından çıxaran Allahı Rəbb Mənəm, onların Allahı Rəbb Mənəm.

== 30 ==
Buxur yandırmaq üçün qurbangah
(Çıx. 37:25-28)
(Çıx. 37:25-28)

1 Əbrişim ağacından buxur yandırmaq üçün qurbangah düzəlt. 2 Qoy uzunluğu bir qulac eni də bir qulac, hündürlüyü isə iki qulac olsun, buynuzları onunla bir hissədən olsun. 3 Onun üzərini, hər yanını və buynuzlarını xalis qızılla ört və ətrafına qızıl zolaq qoy. 4 Onun üçün iki qızıl halqa düzəlt; qarşı-qarşıya olan iki yanda, zolağın altında düzəlt. Bu onu aparan şüvüllərin keçdiyi yerlər olsun. 5 Şüvülləri əbrişim ağacından düzəlt və qızılla ört. 6 Bu qurbangahı Şəhadət sandığının qarşısında olan pərdənin önünə – Mənim səninlə görüşəcəyim yerə, kəffarə qapağının önünə qoy.
Sətir 753 ⟶ 734:

== 31 ==
Hüzur çadırı üçün ustalar
(Çıx. 35:30-36:1)
(Çıx. 35:30-36:1)

1 Rəbb Musaya dedi: 2 «Bax Yəhuda qəbiləsindən Xur oğlu Uri oğlu Besaleli adı ilə çağırıb, 3 onu Allahın Ruhu ilə hikmət, dərrakə, bilik və hər cür məharətlə doldurmuşam ki, 4 qızıl, gümüş və tuncla işləməyi bacarsın, 5 daş-qaş yonsun, ağac oysun, hər cür məharət göstərə bilsin. 6 Mən də Dan qəbiləsində olan Axisamak oğlu Oholiavı ona köməkçi təyin etmişəm. Hər müdrik adamın ürəyinə hikmət qoymuşam ki, Mən sənə necə əmr etmişəm, belə də etsinlər: 7 Hüzur çadırını, Şəhadət sandığını və üstündəki kəffarə qapağını, çadırın bütün avadanlığını, 8 masanı və onun ləvazimatını, xalis qızıldan çıraqdanı və onun bütün əşyalarını, buxur qurbangahını, 9 yandırma qurbanları üçün qurulan qurbangahı və onun bütün avadanlığını, ləyəni və onun altlığını, 10 toxunmuş geyimləri – kahin Harunun müqəddəs geyimlərini və oğullarının kahinlik etmək üçün geyimlərini, 11 məsh yağını, Müqəddəs yer üçün ətirli buxuru Mən sənə necə əmr etmişəmsə, qoy o cür də düzəltsinlər».
Sətir 765 ⟶ 745:

== 32 ==
Qızıl dana
(Qanun. 9:6-29)
(Qanun. 9:6-29)

1<ref>Həv. 7:40</ref> Xalq Musanın dağdan enmədiyini, gecikdiyini görəndə Harunun ətrafına toplaşıb ona dedi: «Qalx və bizim üçün allahlar düzəlt ki, qabağımızca getsinlər. Çünki bizi Misir torpağından çıxaran adamın – bu Musanın başına nə iş gəldiyini bilmirik!» 2 Harun onlara cavab verdi: «Arvadlarınızın, oğullarınızın, qızlarınızın qulaqlarından qızıl sırğaları çıxarıb mənim yanıma gətirin». 3 Bütün xalq qulaqlarında olan qızıl sırğaları çıxarıb Haruna gətirdi. 4<ref>Neh. 9:18; Həv. 7:41</ref> Harun onlardan qızıl götürdü, oyma aləti ilə surət verib dana şəklində tökmə büt düzəltdi. Xalq «Ey İsrail övladları, budur sizi Misir torpağından çıxaran allahlarınız!» dedi. 5 Harun bunu gördükdə dananın qabağında bir qurbangah düzəltdi və elan etdi: «Sabah Rəbb naminə bayram olacaq». 6<ref>1Kor. 10:7</ref> Ertəsi gün xalq səhər tezdən qalxıb yandırma qurbanları ilə ünsiyyət qurbanları kəsdi. Xalq oturub yeyib-içdi, sonra isə qalxıb oynaşdı.
Sətir 806 ⟶ 785:

== 34 ==
Yeni daş lövhələri
(Qanun. 10:1-5)
(Qanun. 10:1-5)

1 Rəbb Musaya dedi: «Əvvəlki kimi özün üçün iki daş lövhə yon; qırdığın əvvəlki lövhələrdə yazılan sözləri yeni lövhələrin üstündə yazacağam. 2 Səhərə hazır ol və Sina dağına çıx. Dağın zirvəsi üstündə önümdə dur. 3 Qoy heç kəs səninlə çıxmasın və dağda heç bir adam görünməsin. Dağın ətəyində nə qoyun-keçi, nə də mal-qara otlasın».
Sətir 815 ⟶ 793:
8 Musa dərhal yerə sərilib Rəbbə səcdə qıldı. 9 Sonra Musa dedi: «Ey Xudavənd, əgər gözündə lütf tapmışamsa, yalvarıram, Sən, ey Xudavənd, aramızda ol. Biz dikbaş bir xalq olsaq da, təqsirimizlə günahımızı bağışla və bizə sahib ol».

Əhdin təzələnməsi
(Çıx. 23:14-19; Qanun. 7:1-5; 16:1-7)
(Çıx. 23:14-19; Qanun. 7:1-5; 16:1-7)

10 Rəbb Musaya dedi: «Budur, Mən sənin bütün xalqınla əhd kəsirəm. Hamının qarşısında elə möcüzələr edəcəyəm ki, beləsi dünyada heç yerdə, heç bir millət arasında yaranmamışdı. Sizin ətrafınızdakı bütün xalqlar görəcəklər ki, Rəbbin işi, Mənim sənin üçün etdiyim şeylər qorxuncdur. 11 Mənim sizə bu gün verdiyim əmrə riayət edin. Budur, Mən önünüzdən Emorluları, Kənanlıları, Xetliləri, Perizliləri, Xivliləri və Yevusluları qovuram. 12 Özünüzü girdiyiniz torpağın sakinləri ilə əhd kəsməkdən gözləyin ki, o sizə bir tələ olmasın. 13<ref>Qanun. 16:21</ref> Onların qurbangahlarını dağıdın, daş sütunlarını sındırın, ilahə Aşera bütlərini kəsin. 14 Başqa allahlara səcdə etməyin, çünki Rəbbin adı qısqancdır, O, həqiqətən, qısqanc Allahdır. 15 Ona görə də nə o torpağın sakinləri ilə əhd kəsin, nə də öz allahları ilə xəyanət edib, onlara qurban kəsən vaxt sizi də dəvət edəndə qurbanlarından dadın. 16 Onların qızlarını öz oğullarınıza arvad olaraq almayın ki, onlar öz allahları ilə xəyanət edib sizin oğullarınıza da o allahlara xəyanət etdirməsinlər.
Sətir 847 ⟶ 824:
1 Musa İsrail övladlarının bütün icmasını toplayıb onlara dedi: «Rəbb sizə bu şeylərə əməl etməyi əmr etdi. 2<ref>Çıx. 20:8-11; 23:12; 31:15; 34:21; Lev. 23:3; Qanun. 5:12-14</ref> Altı gün işlərinizi görün, yeddinci gün isə sizin Rəbb üçün müqəddəs Şənbəniz, istirahət gününüzdür. O gün iş görən hər kəs öldürülsün. 3 Şənbə günü yaşadığınız heç bir yerdə od yandırmayın».

Müqəddəs məskən üçün ianələr
(Çıx. 25:1-9)
(Çıx. 25:1-9)

4 Musa bütün İsrail övladlarının icmasına dedi: «Rəbbin əmr etdiyi iş budur: 5 öz aranızdan Rəbbə bir ianə toplayın. Qoy könlü istəyən hər kəs Rəbbə belə ianə gətirsin: qızıl, gümüş, tunc, 6 bənövşəyi, tünd qırmızı və al rəngli iplik, incə kətan, keçi yunu, 7 qırmızı boyanmış qoç dəriləri, suiti dəriləri, əbrişim ağacı, 8 çıraq üçün zeytun yağı, məsh yağı və ətirli buxur üçün ətriyyatlar, 9 efodla döşlüyün üstünə taxılan damarlı əqiq və sağanaq daşları.
Sətir 856 ⟶ 832:
20 İsrail övladlarının bütün icması Musanın yanından çıxdı. 21 Ürəyinə toxunan və könlü istəyən hər adam gəlib Hüzur çadırı, onun inşası və müqəddəs geyimlər üçün Rəbbə ianə gətirdi. 22 Kişilər və qadınlar – könlü istəyənlərin hamısı bəzəkli sancaqlar, sırğalar, üzüklər, bilərziklər kimi bütün qızıl əşyalarını gətirdilər. Hər kəs qızılı yellətmə təqdimi kimi Rəbbə təqdim etdi. 23 Kimdə bənövşəyi, tünd qırmızı və al rəngli iplik, incə kətan, keçi yunu, qırmızı boyanmış qoç dəriləri və suiti dəriləri var idisə, bunları təqdim etdi. 24 Gümüş və tunc gətirən hər kəs də onu Rəbbə ianə olaraq təqdim etdi. Kimdə əbrişim ağacı var idisə, onu bütün inşa işi üçün təqdim etdi. 25 Ürəyi hikmətlə dolu bütün qadınlar öz əlləri ilə əyirdiyi bənövşəyi, tünd qırmızı və al rəngli iplik və incə kətan ipliyi təqdim etdilər; 26 bu işi ürəkdən görmək istəyən bacarıqlı qadınlar keçi yunu əyirdilər. 27 Xalqın başçıları bunları təqdim etdilər: efodla döşlüyün üstünə taxılan damarlı əqiq və sağanaq daşlarını, 28 çıraq, məsh yağı, ətirli buxur üçün ətriyyatı və zeytun yağını. 29 İsrail övladlarından hər qadın, hər kişi Rəbbin Musa vasitəsilə yerinə yetirmək üçün verdiyi əmrə əsasən Rəbbə könüllü təqdimlər gətirdilər.

Müqəddəs məskən üçün ustalar
(Çıx. 31:1-11)
(Çıx. 31:1-11)

30 Musa İsrail övladlarına dedi: «Baxın Rəbb Yəhuda qəbiləsindən Xur oğlu Uri oğlu Besaleli adı ilə çağırıb 31 Allahın Ruhu ilə hikmət, dərrakə, bilik və hər cür məharətlə doldurmuşdur ki, 32 o, qızılla, gümüşlə, tuncla işləməyi bacarsın, 33 daş-qaş yonsun, ağac oysun, hər cür məharətlə bacarıq göstərə bilsin. 34 Rəbb onun və Dan qəbiləsindən olan Axisamak oğlu Oholiavın ürəklərinə başqalarını öyrətmək bacarığını qoymuş, 35 ürəklərini hikmətlə doldurmuşdur ki, oymaçılıq, naxışçılıq, bənövşəyi, tünd qırmızı və al rəngli iplikdə və incə kətanda naxış tikməsi, toxuculuq – hər cür sənəti bacara bilsinlər.
Sətir 866 ⟶ 841:
2 Musa Besaleli, Oholiavı və bütün ürəkləri hikmətlə dolu – Rəbbin onların ürəklərinə hikmət qoyduğu adamları, bu işi ürəkdən görmək istəyənlərin hamısını çağırdı. 3 Onlar müqəddəs yerin inşa işini görmək üçün İsrail övladlarının gətirdiyi bütün ianələri Musanın yanından götürdülər. İsrail övladları hər səhər könüllü təqdimlər gətirməyə davam edirdilər. 4 Onda müqəddəs yerin inşası ilə məşğul olan hikmətli sənətkarlar hər işlərindən ayrılaraq 5 Musanın yanına gəlib dedilər: «Xalq Rəbbin əmr etdiyi inşa işi üçün lazım olandan çox şey gətirir». 6 Musa əmr verdi və düşərgədə elan etdirdi ki, nə kişi, nə də qadın müqəddəs yer üçün daha ianə gətirməsin. Beləcə xalq bir daha ianə gətirmədi. 7 Çünki bütün işi görmək üçün xammal lazımi miqdardan artıq idi.

Müqəddəs məskənin düzəldilməsi
(Çıx. 26:1-37)
(Çıx. 26:1-37)

8 İşi görmək üçün ürəkləri hikmətlə dolu bütün adamlar müqəddəs məskəni on pərdədən düzəltdilər. Pərdələri nəfis toxunmuş incə kətandan bənövşəyi, tünd qırmızı və al rəngli iplikdən, üstünü isə keruvlar şəklində naxışla düzəltdilər. 9 Hər pərdənin uzunluğu iyirmi səkkiz qulac, eni isə dörd qulac idi. Bütün pərdələr eyni ölçüdə idi. 10 Pərdənin beşini də bir-birinə birləşdirdilər. Digər beşini də bir-birinə birləşdirdilər. 11 Bir birləşmənin qıraq pərdəsinin kənarında bənövşəyi ilgəklər düzəltdilər; o biri birləşmənin qıraq pərdəsinin kənarında da eyni şəkildə ilgəklər düzəltdilər. 12 Bir pərdəyə əlli ilgək, o biri birləşmədəki pərdənin kənarında da onlara uyğun gələn əlli ilgək düzəltdilər. 13 Qızıldan əlli bənd düzəltdilər. Bəndlərlə pərdələri bərkitdilər və çadırı birləşdirdilər. Beləliklə, müqəddəs məskən bütöv oldu.
Sətir 880 ⟶ 854:

== 37 ==
Əhd sandığının düzəldilməsi
(Çıx. 25:10-22)
(Çıx. 25:10-22)

1 Besalel əbrişim ağacından sandıq düzəltdi. Sandığın uzunluğu iki qulac yarım, eni qulac yarım və hündürlüyü qulac yarım idi. 2 Onu içəridən və bayırdan xalis qızılla örtdü, ətrafına isə qızıl zolaq qoydu. 3 Onun dörd ayağı üçün dörd tökmə qızıl halqa, iki halqanı bir yanı qalan iki halqanı isə o biri yanı üçün düzəltdi. 4 Əbrişim ağacından şüvüllər düzəldib üzərini qızılla örtdü. 5 Sandığı daşımaq üçün şüvülləri sandığın yanlarındakı halqalara keçirtdi.
Sətir 887 ⟶ 860:
6 Xalis qızıldan kəffarə qapağını düzəltdi. Uzunluğu iki qulac yarım, eni isə qulac yarım idi. 7 Kəffarə qapağının hər iki ucu üçün yastılanmış qızıldan iki keruv düzəltdi. 8 Bir keruv qapağın bir ucunda, o birisi isə o biri ucunda olaraq qapağın iki ucunda olan keruvlar onunla bir hissədən idi. 9 Keruvlar yuxarıya açılmış qanadları ilə kəffarə qapağını örtdülər. Keruvların üzləri bir-birinə qarşı qapağa doğru idi.

Təqdis çörəkləri üçün masanın düzəldilməsi
(Çıx. 25:23-30)
(Çıx. 25:23-30)

10 Əbrişim ağacından masa düzəltdi; uzunluğu iki qulac, eni bir qulac, hündürlüyü isə qulac yarım idi. 11 Onu xalis qızılla örtdü. Ətrafına qızıl zolaq qoydu. 12 Ətrafında eni bir ovuc olan yan lövhələr düzəltdi. Yan lövhələrin ətrafına da qızıl zolaq qoydu. 13 Masa üçün dörd qızıl halqa tökdü, halqaları onun dörd küncünə, dörd ayağına bərkitdi. 14 Halqalar yan lövhələrə yaxın olaraq masanı aparan şüvüllərin keçdiyi yerlər idi. 15 Masanı aparmaq üçün şüvülləri əbrişim ağacından düzəltdi və onları qızılla örtdü. 16 Masanın ləvazimatını – xalis qızıldan siniləri və nimçələri, içmə təqdimlərini tökmək üçün dolçaları və piyalələri düzəltdi.

Qızıl çıraqdanın düzəldilməsi
(Çıx. 25:31-40)
(Çıx. 25:31-40)

17 Xalis qızıldan çıraqdan düzəltdi. Bu çıraqdan yastılanmış qızıldan idi; altlığı, gövdəsi, kasacıqları, qönçələri və gülləri onunla bir hissədən ibarət idi. 18 Çıraqdanın yanlarından altı budaq – bir yanından üç budaq, o biri yanından da üç budaq çıxdı. 19 Hər bir budağında badam çiçəyinə bənzər üç kasacıq, qönçə və gül var idi. 20 Çıraqdanın gövdəsində isə badam çiçəyinə bənzər dörd kasacıq, qönçə və gül var idi. 21 Çıraqdanın gövdəsindən çıxan altı budağın bir cütünün altında bir qönçə, o biri cütünün altında bir qönçə, o birinin də altında bir qönçə var idi. 22 Qönçələr və budaqlar onunla bir hissədən idi; hamısı eyni hissədən, yastılanmış xalis qızıldan idi. 23 Onun üçün yeddi çıraq düzəltdi. Maşaları və xəkəndazları da xalis qızıldan idi. 24 Çıraqdanı və onun bütün avadanlığını bir talant xalis qızıldan düzəltdi.

Buxur yandırmaq üçün qurbangahın düzəldilməsi
(Çıx. 30:1-5; 30:22-38)
(Çıx. 30:1-5; 30:22-38)

25 Əbrişim ağacından buxur yandırmaq üçün qurbangah düzəltdi; uzunluğu bir qulac, eni də bir qulac, hündürlüyü isə iki qulac idi. Buynuzları onunla bir hissədən idi. 26 Onun üzərini, hər yanını və buynuzlarını xalis qızılla örtdü, ətrafına qızıl zolaq qoydu. 27 Onun üçün iki qızıl halqa düzəltdi; qarşı-qarşıya olan iki yanda, zolağın altında düzəltdi. Bu onu aparan şüvüllərin keçdiyi yerlər idi. 28 Şüvülləri əbrişim ağacından düzəltdi və onları qızılla örtdü.
Sətir 905 ⟶ 875:

== 38 ==
Yandırma qurbanı üçün qurbangahın qurulması
(Çıx. 27:1-8)
(Çıx. 27:1-8)

1 Yandırma qurbanı üçün qurulan qurbangahı əbrişim ağacından düzəltdi. Dördbucaq şəklində olub uzunluğu beş qulac, eni də beş qulac, hündürlüyü isə üç qulac idi. 2 Qurbangahın dörd küncündə onunla bir hissədən olan dörd buynuz düzəltdi. Qurbangahın üstünü tuncla örtdü. 3 Qurbangahın bütün avadanlığını – kül qablarını, kürəkləri, ləyənləri, çəngəlləri və xəkəndazları – hər şeyi tuncdan düzəltdi. 4 Qurbangah üçün kənarından aşağıya onun yarısına qədər yetişəcək torlu şəbəkəni tuncdan düzəltdi. 5 Tunc şəbəkənin dörd bucağında şüvüllərin keçdiyi dörd halqanı tökdü. 6 Əbrişim ağacından şüvüllər düzəldib üstünü tuncla örtdü. 7 Qurbangahı aparmaq üçün şüvülləri onun hər iki yanındakı halqalara taxdı. Qurbangahın içi boş və taxtadan idi.

Tunc ləyənin düzəldilməsi
(Çıx. 30:18)
(Çıx. 30:18)

8 Tunc ləyəni və onun tunc altlığını Hüzur çadırının girişində xidmət edən qadınların güzgülərindən düzəltdi.

Müqəddəs məskənin həyətinin düzəldilməsi
(Çıx. 27:9-19)
(Çıx. 27:9-19)

9 Müqəddəs məskənin həyətini düzəltdi. Həyətin cənub tərəfində uzunluğu yüz qulac olan pərdələr nəfis toxunmuş incə kətandan idi. 10 Onların iyirmi dirəyi və iyirmi altlığı tuncdan, dirəklərin qarmaqları və bəndləri isə gümüşdən idi. 11 Şimal tərəfində də uzunluğu yüz qulac pərdə idi; onların iyirmi dirəyi və iyirmi altlığı tuncdan, dirəklərin qarmaqları və bəndləri isə gümüşdən idi. 12 Qərb tərəfində uzunluğu əlli qulac pərdələr idi. Onların on dirəyi və on altlığı var idi. Dirəklərin qarmaqları və bəndləri isə gümüşdən idi. 13 Şərq tərəfində də həyətin eni əlli qulac idi. 14 Darvazanın bir tərəfində üç dirəyi və üç altlığı olan uzunluğu on beş qulac pərdələr var idi. 15 Həyətin darvazasının o biri tərəfində də üç dirəyi və üç altlığı olan uzunluğu on beş qulac pərdələr var idi. 16 Həyətin bütün ətraf pərdələri nəfis toxunmuş incə kətandan, 17 dirəklərin altlıqları tuncdan, dirəklərin qarmaqları və bəndləri gümüşdən, başlıqların örtüyü də gümüşdən idi; həyətin bütün dirəkləri gümüşlə bəndləndi. 18 Həyətin darvazasının naxış tikməli arakəsməsi bənövşəyi, tünd qırmızı, al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan idi; uzunluğu iyirmi qulac, hündürlüyü isə həyətin pərdələri kimi beş qulac idi. 19 Onun dörd dirəyi, dörd tunc altlığı, gümüş qarmaqları, başlıqlarının gümüş örtüyü və bəndləri var idi. 20 Məskənin və həyətin bütün ətraf payaları tuncdan idi.
Sətir 927 ⟶ 894:

== 39 ==
Kahinlərin geyimlərinin düzəldilməsi
(Çıx. 28:1-14)
(Çıx. 28:1-14)

1 Rəbb Musaya əmr etdiyi kimi bənövşəyi, tünd qırmızı və al rəngli iplikdən Müqəddəs yerdə xidmət üçün toxunmuş geyimlərini və Harunun müqəddəs geyimlərini hazırladılar.
Sətir 936 ⟶ 902:
6 Hörmə qızıl sağanaqlara salınıb üstündə möhür oyması kimi İsrailin oğullarının adları həkk olunmuş damarlı əqiq daşlarını 7 efodun çiyinliklərinə taxdılar. Bunlar İsrailin oğullarının xatirə daşlarıdır. Rəbbin Musaya əmr etdiyi kimi oldu.

Döşlüyün düzəldilməsi
(Çıx. 28:15-30)
(Çıx. 28:15-30)

8 Döşlüyü də efod kimi naxışlı qızıldan, bənövşəyi, tünd qırmızı, al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan düzəltdilər. 9 Döşlük ikiqat, dördbucaq şəklində olub uzunluğu bir qarış, eni də bir qarış düzəldildi. 10 Üstünə dörd sıra daş taxdılar. Birinci sıra yaqut, topaz, zümrüd; 11 ikinci sıra firuzə, göy yaqut və almaz; 12 üçüncü sıra sirkon, əqiq və ametist; 13 dördüncü sıra sarı yaqut, damarlı əqiq və yəşəm daşı idi. Bu daşlar hörmə qızıl sağanaqlara salındı. 14 Daşlar İsrailin oğullarının adlarına görə on iki dənə idi; hər daş on iki qəbilədən birinin adının oyma möhürü idi.
Sətir 943 ⟶ 908:
15 Döşlük üçün xalis qızıldan ipəbənzər burma zəncirlər qayırdılar. 16 İki hörmə qızıl sağanaq və iki qızıl halqa düzəltdilər. Halqaları döşlüyün iki ucuna taxdılar. 17 İki qızıl ipi döşlüyün uclarındakı iki halqaya taxdılar. 18 İplərin o biri uclarını iki hörmə sağanağa taxıb efodun çiyinliklərinin qabaq tərəfinə bağladılar. 19 Yenə də iki qızıl halqa düzəldib onları döşlüyün iki ucuna, onun efodla yanaşı iç qatına taxdılar. 20 Digər iki qızıl halqa düzəltdilər və onu efodun çiyinliklərinin qabaq tərəfinə, aşağıya, efodun kəməri ilə birləşmələrin üzərinə bərkitdilər. 21 Döşlüyü halqaları ilə efodun halqalarına bənövşəyi qaytanla bağlayıb efodun kəmərinin üzərinə bərkitdilər ki, döşlük efoddan sallanmasın. Rəbbin Musaya əmr etdiyi kimi oldu.

Kahinlərin digər geyimlərinin düzəldilməsi
(Çıx. 28:31-43)
(Çıx. 28:31-43)

22 Efodun cübbəsini büsbütün toxunma bənövşəyi iplikdən tikdilər. 23 Onun ortasında baş keçirmək üçün yer tikdilər. Onun kənarında cırılmamaq üçün yaxa toxudular.
Sətir 954 ⟶ 918:
30 Xalis qızıldan müqəddəslik tacı olan lövhəciyi düzəltdilər və onun üzərinə möhür oyması olaraq «Rəbbə həsr edilmiş» yazısını yazdılar. 31 Onu çalmanın üstünə qoymaq üçün bənövşəyi qaytan tikdilər. Rəbbin Musaya əmr etdiyi kimi oldu.

İşin tamamlanması
(Çıx. 35:10-19)
(Çıx. 35:10-19)

32 Beləliklə, müqəddəs məskən, yəni Hüzur çadırı üçün bütün işlər tamamlandı. Rəbb Musaya necə əmr etmişdisə, İsrail övladları da bu işi eləcə tamamladılar. 33 Müqəddəs məskəni Musanın qarşısına gətirdilər. Çadırını və onun avadanlığını, bəndlərini, çərçivələrini, şüvüllərini, dirəklərini, altlıqlarını, 34 qırmızı boyanmış qoç dərilərindən örtüyü, suiti dərilərdən düzəldilmiş örtüyü, arakəsmə pərdəsini, 35 Şəhadət sandığını və onun şüvüllərini, kəffarə qapağını, 36 masanı və onun ləvazimatını; təqdis çörəklərini, 37 xalis qızıldan çıraqdanı, onun düzülmüş çıraqlarını və işıq yağını, 38 qızıl qurbangahını, məsh yağını, ətirli buxuru, çadırın giriş arakəsməsini, 39 tunc qurbangahını, onun üçün tunc şəbəkəni, onun şüvüllərini və bütün avadanlığını, ləyəni və onun altlığını, 40 həyətin pərdələrini, dirəklərini və altlıqlarını, həyətin darvazası üçün arakəsməni, onun iplərini və payalarını – Hüzur çadırı və məskənin ibadəti üçün bütün əşyaları, 41 müqəddəs yerdə xidmət üçün toxunmuş geyimləri – kahin Harunun müqəddəs geyimlərini və oğullarının kahinlik etmək üçün geyimlərini – hər şeyi ona gətirdilər. 42 Rəbb Musaya necə əmr etmişdisə, İsrail övladları da bu işi eləcə tamamladılar. 43 Musa bütün işləri nəzərdən keçirib gördü ki, onlar bu işə Rəbbin əmr etdiyi kimi əməl ediblər. Musa onlara xeyir-dua verdi.
Sətir 984 ⟶ 947:
33 Məskənlə qurbangahın ətrafında həyəti qurdu və həyət darvazasının arakəsməsini asdı. Beləliklə, Musa işləri bitirdi.

Rəbbin izzəti
(Say. 9:15-23)
(Say. 9:15-23)

34<ref>1Pad. 8:10-11; 2Saln. 5:13-14; Yeş. 6:4; Yez. 43:4-5; Vəhy 15:8</ref> O vaxt bulud Hüzur çadırını bürüdü və Rəbbin izzəti məskəni doldurdu. 35 Musa Hüzur çadırına girə bilmədi, çünki bulud onun üstündə yerləşmişdi və Rəbbin izzəti məskəni doldurmuşdu.